MƏDƏNİYYƏT


Cavanşir Feyziyev: Beynəlxalq Türk Akademiyasının Qarabağ münaqişəsi mövzusunda gördüyü işləri yüksək qiymətləndiririk

Bakı, 18 noyabr, AZƏRTAC

Mənzil qərargahı Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ölkəmizdə səfərdə olduğu müddətdə bir sıra görüşlər keçirib. O, səfər müddətdə ölkəmizdə baş vermiş son hadisələr, Qarabağın düşmən tapdağından azad olunması ilə bağlı bilgilər alıb və Ordumuzun əldə etdiyi Qələbəyə görə öz təbriklərini Azərbaycan xalqına çatdırıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Cavanşir Feyziyevin deyib.

“Beynəlxalq Türk Akademiyası Azərbaycanda Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı tədqiqat işləri aparıb və ərazisindəki Azərbaycana aid mədəni irslə bağlı faktlar əldə edib. Ümumiyyətlə son illər ərzində bu bölgədə durumla bağlı məsələlər akademiyanın daim gündəliyində olub və dünyanın bütün ölkələrindən dəvət olunmuş alimlərlə birlikdə dəfələrlə müzakirəyə çıxarılıb. Bu baxımdan Beynəlxalq Türk Akademiyasının Qarabağ münaqişəsi mövzusunda gördüyü və görəcəyi işlər həddindən artıq çoxdur və biz bu işləri yüksək qiymətləndiririk”, - deyə Cavanşir Feyziyev əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.