Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cavanşir Feyziyev: “Gücümüz birlikdədir”

Cavanşir Feyziyev: “Gücümüz birlikdədir”

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün dünyanın siyasi xəritəsində altı müstəqil türk dövləti və başqa dövlətlərin tərkibində onlarla müxtəlif siyasi, iqtisadi və mədəni muxtariyyət statusları ilə yaşayan türk toplumları və onların yerli özünü idarəçilik qurumları var. Bunlarla yanaşı, bir sıra dövlətlərin ərazilərində hələ də öz fundamental haqlarını reallaşdıra bilməyən çoxsaylı türk toplumu var. 20-ci əsrin 90-cı illərində SSRİ-nin tərkibindəki türk respublikalarının müstəqilləşməsi türk dünyası üçün böyük perspektivlər açdı və Avrasiyanın sonuncu imperiyasının tərkibindən çıxmış Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan bu gün milli müstəqillik dayaqlarını möhkəmləndirməklə məşğuldurlar. Bu xalqların hər biri öz dövlətlərini daha güclü, daha müasir bir quruluşa çatdırmağa səy göstərirlər.

Bu fikirlər Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Gücümüz birlikdədir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əlbəttə güclü olmaq bir zərurətdir, amma çağdaş dünyada sadəcə güclü olmaq heç də hər şeyin həllinə nail olmaq demək deyil. Əslində güclü olmaq – həmişə diqqət mərkəzində olmaq, rəqabətdə olan digər dövlətlərin maneələri ilə üzləşmək və bu maneələri dəf etmək məcburiyyətində qalmaq deməkdir. Güclü olmaq – savaşların mərkəzində olmaq, daim gözlənilməz təhlükələrlə üzbəüz qalmaq deməkdir. Deməli, sadəcə müstəqil və güclü olmaq milli azadlıq ideallarımızın tam qələbəsi hesab oluna bilməz. Burada çatışmayan daha bir komponent var. Bu gün gücün birliklə tamamlanması həqiqəti türk dünyasının gələcəyini müəyyən edən əsas şərtə çevrilməkdədir. Müstəqil olmaq və güclü olmaqla yanaşı, eyni zamanda, birlikdə olmaq həm müstəqilliyimizin, həm də güclü olmağımızın ən etibarlı zəmanətidir. Artıq bütün müstəqil türk dövlətlərində bu paradiqma dərk edilməkdədir. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha qətiyyətli addımların atılmasına ehtiyac var.

Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Belə çoxtərəfli əsaslar üzərində müasir türk respublikalarının müştərək siyasi platforması, iqtisadi coğrafiyası və milli-mədəni identifikasiyası formalaşır. Bu genişlənmə getdikcə daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və daha çox beynəlxalq əhəmiyyət kəsb edir. Amma zaman sürətlə dəyişir, qloballaşma meyillərinin dərinləşməsi hər gün qarşımıza yeni dilemmalar çıxarır. Bu dəyişikliklər suveren türk milli dövlətlərinin daha sıx müttəfiqliyini zəruriləşdirən yeni geosiyasi vəziyyət yaradıb. Türkiyə və Avropa İttifaqı arasında onillərlə uzanan danışıqların dayandırılması, artıq 30 ildən çox kənar güc mərkəzləri tərəfindən Azərbaycana qarşı hibrid müharibənin aparılması və Qarabağ münaqişəsinin başımız üzərində “Domokl qılıncı” kimi saxlanması, Mərkəzi Asiya türk respublikalarının keçmiş imperiyanın təsirindən tam azad ola bilməməsi biz türkləri daha mütərəqqi və doğru bir yola – türk dövlətləri arasında müttəfiqliyin dərinləşdirilməsi və onun işlək siyasi əsaslarının yaradılmasına yönəltməkdədir. Bu bizim üçün tarixi bir fürsət, dünya üçün isə Avrasiyada sülhün və sabitliyin təmin olunmasına böyük bir töhfə imkanıdır.

Türk birliyini mümkün və zəruri edən ilkin əsaslar tarixən mövcuddur və bu gün də öz aktuallığını qoruyub saxlayır. Eyni sivilizasiya koduna mənsubluq, dil, din və mədəniyyət eyniliyi, eləcə də müstəqil türk milli dövlətləri arasında birbaşa coğrafi bağlılıq və ən başlıcası, bütün türk dövlətlərində xalqın özündən gələn qarşılıqlı cazibə qüvvəsi – bütün bunlar beynəlxalq birlik yaratma təcrübəsində öz təsdiqini tapmış ilkin şərtlərdir. Bu gün dünyada gedən qloballaşma prosesləri türk birliyinin siyasi əsaslarını təşkil edir. Avropa ölkələrinin Aİ şəklində siyasi İttifaq səviyyəsinə qədər inkişaf edə bilməsi türk dövlətləri arasındakı münasibətlərin də analoji vektor üzrə siyasi müttəfiqlik statusuna yüksəlməsi üçün nümunə və təcrübə yaradıb. Bu təcrübənin müsbət və mənfi xüsusiyyətlərini nəzərə almaqla türk dövlətləri öz aralarında siyasi birliyin daha mükəmməl formasına nail ola bilərlər. Türk Dövlətləri Birliyinin (TDB) təsis edilməsi heç də milli müstəqilliyin itirilməsi hesabına deyil, əksinə dövlətlərüstü siyasi qurumun hesabına milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə və hər bir türk dövlətinin xarici təzyiqlərə qarşı müqavimət gücünün artırılmasına xidmət etməlidir.

Dövlətlərarası siyasi birliyin digər bir mühüm şərti də ortaq iqtisadi bazarın mövcudluğudur. Bu baxımdan da türk dövlətlərinin ayrı-ayrılıqda mövcud iqtisadi potensialı kumulyativ şəkildə analoji birliklərin iqtisadi potensialını üstələyir. Belə ki, hazırda təxminən 250 milyon türk əhalisinin yaşadığı Avrasiya türk arealında mövcud olan təbii resursların təsdiq olunmuş həcmi 500 milyon əhalisi olan Aİ-nin toplam təbii resurslarından 2 dəfə çoxdur. Deməli, türk coğrafiyasında təbii resursların adambaşına düşən xüsusi çəkisi Avropaya nisbətdə 4 dəfə çoxdur. Belə zəngin iqtisadi potensiala malik olan bir ərazidə eyni etnik kökə malik olan xalqlar arasında qarşılıqlı siyasi-iqtisadi, mədəni-sosial münasibətlərin yeni əsaslar üzərində, yəni ittifaq əsasları üzərində qurulması dünyada birlik yaratma təcrübəsinin ən uğurlu nümunəsi ola bilər.

Hadisələrin bu günə qədərki inkişafı göstərir ki, türk dövlətlərinin öz aralarında siyasi birlik yaratması üçün təməl faza artıq keçilib. İndi dövlətlər arası münasibətlərin elə bir mərhələsinə keçid etmək lazımdır ki, orada bütün türk dövlətlərinin problemləri bir arada müzakirə olunsun və dünya siyasətinə vahid platformadan, ortaq türk mövqeyindən bəyan edilsin. Bu mərhələyə keçidin ilk addımları isə Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasından çox asılıdır. Hazırda bu iki dövlət “bir millət, iki dövlət” paradiqması əsasında özlərinin daxili və xarici siyasətlərini uğurla uzlaşdırırlar. Bu yanaşma beynəlxalq müstəvidə hər iki dövlətin mövqeyini möhkəmləndirən ən səmərəli yanaşmadır. Son 30 ildə Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlıq münasibətlərinə yüksəlməsi onların beynəlxalq siyasətdə vahid platformadan çıxış etməsini təmin edib və hər iki ölkənin milli təhlükəsizlik məsələləri ən vacib ortaq məsələ olaraq dəyərləndirilir. Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi, eləcə də Türkiyəyə qarşı təcrid siyasətinə Azərbaycan dövlətinin reaksiyası bu münasibətlərin açıq görünən tərəfləridir. Bölgədə hərbi-siyasi vəziyyətin mürəkkəbləşəcəyi halda isə bu qarşılıqlı dəstəyin bəyanatlardan əməli müstəviyə keçəcəyi artıq heç kimə sirr deyil. Amma türk dövlətlərinin problemləri yalnız Qarabağ və Kipr münaqişəsi ilə, eləcə də Türkiyənin regionda sıxışdırılması ilə qurtarmır. Mərkəzi Asiya türk respublikaları da öz ərazilərini və iqtisadi potensiallarını öz xalqlarının mənafeyinə uyğun istifadə etməkdə böyük çətinliklərlə üzləşirlər. Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ayrı-ayrılıqda öz gücünə müstəqil siyasət yürütmək imkanları məhduddur. Nə qədər müstəqil siyasət yürütməyə çalışsalar da, böyük güclərin təzyiqləri qarşısında bəzən beynəlxalq siyasətin konyunkturasına tabe olaraq öz milli maraqlarını güzəştə getməli olurlar. Bütün bu amillər türk dövlətləri arasında daha optimal inteqrasiya zərurətini - müttəfiqləşmə zərurətini doğurur. Hər cür təhlükəyə qarşı səfərbər olmaq, güclənərək birləşmək və birləşərək güclənmək zərurəti bu gün və gələcəkdə türk dünyasının var olmaq şərtini özündə ehtiva edir. Bu prosesdə Azərbaycan türk dünyasının qərbi ilə şərqini bir-birinə bağlayan ən vacib həlqə rolunu oynayır. Xəzər dənizi sahillərində Avrasiya üçün əvəzsiz strateji əhəmiyyət daşıyan bir bölgədə yerləşən Azərbaycan öz ərazisində geniş türk coğrafiyasında yaşayan insanların, mal və əmtəənin qarşılıqlı hərəkətini təmin edən beynəlxalq nəqliyyat kommunikasiyalarının qovşağını yaradıb. Qərblə Şərq məhz Azərbaycan üzərindən bir-biri ilə təmas qurur, ticarət edir, elmi-texniki təcrübələrin və eləcə də malik olduğu mədəni dəyərlərin mübadiləsini həyata keçirir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin ittifaq səviyyəsinə yüksəldilməsi həm də bütün türk dünyasını bir-birinə bağlayan cazibə mərkəzi rolunda çıxış edə bilər. Bu missiyanın uğurla həyata keçməsi isə bütün türk dövlətlərində türk birliyinə doğru atılacaq addımların qətiyyətindən və ardıcıllığından asılıdır. Bu gün hər bir türk dövlətinin öz ərazisində öz milli hegemonluğunu qoruyub saxlaya bilməsi bütün türk coğrafiyasında türk hegemonluğunun təmin edilməsindən birbaşa asılıdır. Bunu təmin etmək üçün bütün türk dövlətlərinin siyasi-iqtisadi, mədəni-sosial, ictimai-humanitar siyasəti və fəaliyyətləri ortaq nöqtədən və ortaq maraqlar əsasında istiqamətləndirilməlidir. Belə bir ortaq fəaliyyətin mərkəzində isə “Türk Dövlətləri Birliyi” adını daşıyan siyasi ittifaq qurumu dayana bilər.

Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi digər dövlətlərə və onların birliklərinə qarşı deyil. Belə bir müttəfiqləşmə, öz növbəsində, dünya birliyini də gücləndirən, beynəlxalq aləmə yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik, dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti artıran bir prosesdir. İyirminci əsrdə Avropa İttifaqı bəşəriyyətin tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə yaranan Türk Dövlətləri Birliyi də eyni funksiyanı, lakin daha böyük siyasi təcrübə və potensialla yerinə yetirmək imkanları qazana bilər.

Bu gün birlik - qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca amildir. Birlik imkanlarından rasional şəkildə istifadə edilmədiyi təqdirdə suveren türk milli dövlətlərinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsi qaçılmaz ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Prezident İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik