Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cavanşir Feyziyev: Terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistan nə beynəlxalq hüquqa, nə də insan haqlarına məhəl qoyur

Cavanşir Feyziyev: Terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistan nə beynəlxalq hüquqa, nə də insan haqlarına məhəl qoyur

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatıb. Ordumuz 30 ildən bəri işğal altında qalan torpaqlarımız uğrunda müqəddəs savaş aparır. Bu gün xalqımız bir nəfər kimi Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Ordumuzun apardığı sülhə məcburetmə əməliyyatlarını dəstəkləyir. Bu gün tariximizin heç bir dönəmində rast gəlinməyən möhtəşəm ümumxalq həmrəyliyini müşahidə edirik və bundan qürur duyuruq. Bu gün təkcə ölkə daxilində deyil, dünyada yaşayan bütün azərbaycanlıların ürəyi birgə döyünür. Həyatımda indiyədək bundan böyük xoşbəxtlik yaşadığımı xatırlamıram və nə vaxtsa yaşaya biləcəyimi də təsəvvür etmirəm.

Bu fikirlər Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin AZƏRTAC-a müsahibəsində yer alıb.

-Mübarizəmiz iki cəbhədə aparılır: hərbi və diplomatiya. İlham Əliyev Ali Baş Komandan kimi cəbhədə, Prezident kimi diplomatiyada düşməni darmadağın edir. Dövlətimizin başçısının 30 ildən sonra tarixi ədaləti bərpa etməsi ilə bağlı deyə bilərsiniz?

-Müasir müharibələrdə cəbhə xətti təkcə döyüş bölgələrindən keçmir. Diplomatik cəbhədə, informasiya cəbhəsində və eləcə də arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi sonda qələbəmizi şərtləndirir. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərir və uğurlar qazanır. Dövlətimizin başçısı Ali Baş Komandan kimi hərbi əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə özü rəhbərlik edir. Bu istiqamətdə qazanılan uğurlarımız möhtəşəmdir - qısa müddətdə yüzdən çox yaşayış məntəqəmiz düşmən işğalından azad edilib. Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin liderləri ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinə, nəticə etibarilə aparılan hərbi əməliyyatlara dünya birliyində təmkinli münasibətin formalaşdırılmasına nail olur. Bütün bunlarla yanaşı, dövlətimizin başçısı hər gün dünyanın aparıcı media orqanlarına müsahibələr verməyə də vaxt tapır, beynəlxalq miqyasda ölkəmizin apardığı azadlıq mübarizəsinə dəstək qazandırır, düşmənlərimizin ölkəmizə qarşı formalaşdırmağa çalışdığı qərəzli informasiya mühitini darmadağın edir. Arxa cəbhədə də iqtisadi, sosial məsələlərin həlli diqqətdən kənarda qalmır, planlaşdırılmış bütün iqtisadi-sosial layihələr həyata keçirilməkdə davam edir. Bütün bu fəaliyyətlərin eyni vaxtda idarə edilməsi böyük işgüzarlıq və təşkilatçılıq səriştəsi, yenilməz sərkərdəlik qabiliyyəti və qeyri-adi diplomatik məharət tələb edir. Bu müstəsna qabiliyyətlərə malik olan Prezident İlham Əliyev bu gün Azərbaycanın heç vaxt unudulmayacaq yeni tarixini yazır. Mən dövlətimizlə və prezidentimizlə fəxr edirəm.

-Bildiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, lakin 30 ildir icra edilməyib. Azərbaycan apardığı əks-hücum əməliyyatları ilə artıq bu qətnamələrin bir hissəsini yerinə yetirdi, digərlərinin icra ediləcəyi gün də uzaqda deyil. Azərbaycan bununla həm də beynəlxalq hüququ icra edir?

-1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunanda sevinirdik. Düşünürdük ki, bu qətnamələrin qəbulundan sonra torpaqlarımız tezliklə azad olunacaq və müharibəyə də birdəfəlik son qoyulacaq. Lakin təəssüf ki, belə olmadı. Beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və sadalaya biləcəyimiz onlarca səbəbdən bu qətnamələrin tələbləri yerinə yetirilmədi. Böyük ümidlər bəslədiyimiz ATƏT-in Minsk qrupu da bu illər ərzində münaqişəni həll etməli olan təşkilatdan onu dondurmağa və həllini uzatmağa çalışan amorf bir quruma çevrildi. Nəhayət, vəziyyəti yalnız Azərbaycan özü dəyişdi. Hüquqi nöqteyi-nəzərdən, əslində, hazırda Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamənin həyata keçirilməsini təmin edir. Bu qətnamələrin yerinə yetirilməsi Azərbaycan torpaqlarının işğalına son qoyacaq, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız yenidən doğma torpaqlarına qovuşacaq. Bu, həm xalqımızın qarşısında ədalətin bərqərar olunmasına gətirib çıxaracaq, həm də dünyada sülhün və sabitliyin təmin olunmasına Azərbaycan dövlətinin ən böyük töhfəsi olacaq.

-Azərbaycan münaqişənin hərbi yolla həllini həyata keçirməyə başlayandan sonra dünya ölkələri ərazi bütövlüyümüzü tanımağa sanki məcbur oldu. Necə düşünürsünüz, beynəlxalq hüquq dediyimiz, əslində, gücdür?

-Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb. Ermənistandan başqa bütün dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyıb. Eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapıb. Azərbaycan dövləti adından bağlanmış bütün beynəlxalq dövlətlərarası müqavilələrdə də ölkəmizin ərazi bütövlüyünün qəbul edilməsi xüsusi bir maddə ilə öz əksini tapıb. Belə sənədlərin sayı yüzlərlədir. Beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud deyil və heç vaxt mövcud olmayıb. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır. 30 il ərzində mövcud olan bu münaqişə həmişə maraqlı tərəflərin bizə qarşı istifadə etdiyi alətə çevrilmişdi. Coğrafi baxımdan Azərbaycanın dünya üçün geostrateji əhəmiyyəti olduqca böyükdür. Ona görə də böyük güclər bu ölkəni həmişə asılı vəziyyətdə saxlamaqda maraqlı görünürlər. Düşünmək olardı ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolu heç zaman tapılmayacaq. Amma bu yol tapıldı, onu Azərbaycan Prezidenti İlham Əliyev tapdı və biz bu yolla da irəliləyirik. Azərbaycanın bugünkü siyasi, iqtisadi, hərbi və nəhayət, mənəvi gücü bu qlobal problemin bizim milli maraqlarımız çərçivəsində həllini mümkün edir. Bu baxımdan, sizin dediyiniz kimi, güc amili beynəlxalq hüququn təminatçısıdır.

-Avropa İttifaqının Qarabağdakı hərbi əməliyyatlara münasibəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Avropa İttifaqı qlobal siyasi institut kimi hələ tam formalaşmamış bir qurumdur və belə mürəkkəb problemlərin həlli üçün bu birliyin nə səriştəsi, nə də siyasi iradəsi çatır. Keçən 30 il ərzində biz Avropa İttifaqının, Avropanın bütün digər təşkilatlarının gücsüzlüyünü, iradəsizliyini və hətta bəzi hallarda qərəzli münasibətini müşahidə etdik. Bir çox hallarda Avropa öz xalqları üçün rəva bilmədiyi ideyaları qonşu xalqlara sırımağa çalışır. Bəzi hallarda isə əksinə, özlərinə rəva bildiklərinin hamı tərəfindən də qeyd-şərtsiz qəbul olunmasını tələb edir. Ona görə də bizim Avropa İttifaqından gözləntilərimiz o qədər də böyük deyil. Biz fərqli mədəniyyətlərə malik xalqlarıq. Bizim özümüzə məxsus üstün dəyərlərimiz var və bu dəyərlərə sadiq olmalıyıq. Milli maraqlarımızı özümüz, öz cəmiyyətimizlə və öz aramızda milli həmrəyliyimizi təmin etməklə qorumalıyıq. Düşünürəm ki, bu, bizim öz xalqımıza, bir-birimizə hörmətin və etimadın real ifadəsi olar.

-Ədalətli mübarizəmizin təbliği üçün beynəlxalq aləmdə hansı addımlar atılır?

Dediyim kimi, bu gün beynəlxalq aləmdə ən böyük təbliğatçımız Azərbaycan Prezidentidir. Onun beynəlxalq müstəvidə apardığı fəaliyyət mübarizəmizin qanuni, ədalətli və haqlı olduğunu hər gün sübut edir. Bununla yanaşı, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Ermənistan tərəfindən aparılan təxribatçı siyasət Azərbaycan diplomatiyasını ayıq-sayıq saxlamaqda davam edirdi. Bütün beynəlxalq platformalarda Azərbaycanın üzləşdiyi haqsızlıq, düşmən tərəfin təxribatları, danışıqları pozmaq və yeni ərazilər işğal etmək cəhdləri müzakirəyə çıxarılırdı və dünya ictimaiyyəti ardıcıl olaraq bu barədə məlumatlandırılırdı. Əks-hücum əməliyyatları başlayandan sonra bu fəaliyyətlər daha da genişləndi. Bu gün təkcə diplomatlar və deputatlar deyil, hər bir Azərbaycan vətəndaşı ədalətli mübarizəmizin təbliğatçısına çevrilib. Bu azadlıq mübarizəmizə hərə öz sahəsində, bacardığı qədər töhfəsini verməyə çalışır və bütün bunlar çox sevindiricidir. Dünyanın demək olar ki, bütün ölkələrində həm rəsmi səviyyədə, həm də diaspora və vətəndaş cəmiyyətləri səviyyəsində bölgəmizdə baş verən hadisələrlə bağlı geniş maarifləndirmə işləri aparılır, kütləvi tədbirlər təşkil olunur. Bütün bunlar öz nəticəsini verməkdədir və əminəm ki, son nəticədə bu səylərimiz tam qələbəmizi təmin edəcək.

-Cəbhədə məğlub olan işğalçı Ermənistanın mülki əhalini hədəfə alması haqqında nə deyə bilərsiniz?

-Müharibə şəraitində dinc əhalinin hədəfə alınması bizim üçün nə qədər dəhşətli görünürsə, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün bir o qədər məqbul hesab olunan addımdır. Terrorçuluğu dövlət siyasətinə çevirmiş bir ölkə olaraq Ermənistan nə beynəlxalq hüquqa, nə də bu gün sivil dünyanın yorulmadan təkrar etdiyi insan haqlarına məhəl qoyur. Hərbi əməliyyatların getdiyi ərazidən onlarca kilometr aralıda yerləşən və heç bir hərbi infrastruktura malik olmayan şəhərlərimizdə yaşayan dinc sakinləri gecə saatlarında raket atəşinə tutmaq, körpələrin, qadınların, yaşlıların həyatına qəsd etmək heç bir arqumentlə izah oluna bilməz. Bu namərdlik terrorçu erməni xislətinin mahiyyətidir. Gəncə, Bərdə, Tərtər, Ağdam, Goranboy, Füzuli və digər şəhər və kəndlərimizdə dinc əhaliyə qarşı hərbi təcavüz müharibə cinayətləridir və bu cinayətləri törədənlər də məlumdur. Əminəm ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu barədə göstəriş verənlər də, bu cinayəti törədənlər də öz cəzasına çatacaqlar. Bu itkilər bizi nə qədər sarsıtsa da, qələbə əzmimizi sındıra bilməz. Böyük Qələbənin tarixi igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın qanı ilə yazılır. Bütün bu ağrı-acılara baxmayaraq, Qarabağ azad ediləcək və bu, son 200 il ərzində itirilmiş torpaqlarımızın geri qaytarılması kimi ilk tarixi qələbəmiz olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür