MƏDƏNİYYƏT


Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı uyğur dilində çap olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı Mərkəzi ofisi Ankarada yerləşən Uyğur Araşdırma İnstitutunun təşəbbüsü və dəstəyilə uyğur dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq mərkəzi ofisi ABŞ da yerləşən Hürr Asiya Radiosunda geniş tanıtım reportajı yayımlanıb.

Reportajda deputat Cavanşir Feyziyev müəllifi olduğu kitabla bağlı ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edə ki, “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk, qazax, qırğız, boşnak, rus macar və özbək dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

Xatırladaq ki, azərbaycanlı deputatın müəllifi olduğu kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.