SİYASƏT


Cavanşir Paşazadə: Qarabağ Zəfərinə gedən yolun əsasında Azərbaycanın böyük oğlu Heydər Əliyevin ölməz ideyaları dayanır

Bakı, 6 may, AZƏRTAC

Bu gün Azərbaycanın uğurlarına bütün dünya şahidlik edir. Dövlətçiliyimizin bünövrəsini qoymuş ulu öndər Heydər Əliyevin fədakarlığı nəticəsində ölkəmiz ən yüksək nailiyyətlərə imza atıb. 1993-cü ilin sonunda Azərbaycanı parçalanmaqdan qoruyan Ümummilli Liderin ölkəmizin dünyaya inteqrasiyasında xüsusi xidmətləri olub. Həmin dövrdən başlayaraq, bu gün dünyaya inkişaf etmiş bir dövlət kimi öz pəncərəsini açmış Azərbaycan sayılan, seçilən ölkələrdən biridir. Çünki dünya siyasətçılərinin qabaqcıllarından sayılan ulu öndər Heydər Əliyevin hər addımında Azərbaycan xalqının və onun dövlətinin maraqları daha öndə gəlib. Dünyəvi dövlət quruculuğunda inteqrasiya, müstəqilliyin qorunub saxlanılması və xalqının firavan həyatına qulluq məhz Azərbaycanda ulu öndər Heydər Əliyevə məxsusdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

“Təsadüfi deyil ki, o dövrdə digər nəhəng dövlətlərin rəhbərləri ilə yanaşı, BMT-nin ölkəmizdəki səfiri Mahmud Əlisoy Azərbaycan haqqında belə bir fikir söyləyib: “Azərbaycan deyəndə Heydər Əliyev başa düşülür, Heydər Əliyev deyəndə Azərbaycan dövləti xatırlanır”. 1993-cü ilin sonunda BMT nümayəndələrinin Azərbaycana səfəri zamanı qeyd olunan bu tarixi fikirlər bir növ Azərbaycan rəhbərinin hansı nüfuza sahib olmasının göstəricisidir. Qısa bir dövrdə Prezident kimi dövlətini və xalqını parçalanmaqdan qoruyan Ulu Öndər Heydər Əliyev ABŞ, Fransa prezidentləri tərəfindən ölkələrinə səmərəli və işgüzar səfərlərə dəvət olunub. Eyni zamanda, Ümummilli Liderin həmin dövrdə BMT-nin fəxri kürsüsündə Azərbaycan dövlətinin idarəetmə siyasəti barəsində böyük bir məruzə etməsi xalqımızın ən böyük nailiyyəti olub”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, bu gün hər birimiz bu uğurla sevinməliyik. Dünyaşöhrətli siyasətçi Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyəvi dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza sahibdir.

Cavanşir Paşazadə sonda əlavə edib ki, 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.