İQTİSADİYYAT


Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

Tbilisi, 3 dekabr, AZƏRTAC

Yüzilliyin layihəsi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib.

C.Qurbanov deyib: “Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa ölkələrin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirilməsini, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərdi və öz sözünü dedi”.

Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti çox düzgündür və ölkəmiz doğru yoldadır.

“Bu layihə, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsinə xidmət edir”, - deyə C.Qurbanov vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.