ELM VƏ TƏHSİL


Cavid irsi gələcək nəsillər üçün dəyərli mənbədir

Bakı, 5 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 77-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük sənətkarın həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından danışıb. O, Cavid irsinin gələcək nəsillər üçün dəyərli mənbə olduğunu vurğulayıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev böyük ədib Hüseyn Cavidin irsinə daim yüksək diqqət göstərib.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri böyük sənətkarın əsərlərindən parçalar səsləndiriblər.

Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.