ELM VƏ TƏHSİL


“Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu çapdan çıxıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyi tərəfindən “Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu nəşr etdirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, toplunun tərtibçisi bu müəssisənin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə nəşr olunan topluda böyük şair və dramaturq Hüseyn Cavidin istedadlı oğlunun çoxşaxəli irsi haqqında məqalələr toplanıb. Kitabda filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının da məqalələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.