DÜNYA


“Cazda yalnız qızlardır” ən yaxşı komediya filmi hesab edilib

Bakı, 24 avqust, AZƏRTAC

“BBC” şirkəti 52 ölkədən 253 tənqidçiyə kinematoqrafiya tarixində ən yaxşı komediya filmlərinin siyahısını hazırlamaq barədə müraciət edib.

Tədqiqatın hər bir iştirakçısından dünyanın müxtəlif ölkəsində yaradılan 10 filmin adını çəkmək tələb olunub. Nəticədə, Billi Uaylderin 1959-cu ildə çəkdiyi şah əsəri - “Cazda yalnız qızlardır” komediyası birinci yeri qazanıb.

“BBC” qeyd edir ki, bizi güldürən filmlər, əksər halda kinematoqrafiyada dəyərləndirilmir. Məsələn, Amerika Kino Akademiyasının ilin ən yaxşı filmi hesab edib “Oskar”a layiq gördüyü 89 filmdən yalnız 7-si komediyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.