SİYASƏT


Cəbhənin bir neçə istiqamətində atəşkəs rejimi pozulub VİDEO

Bakı, 3 oktyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri oktyabrın 2-də və 3-də gecə Ermənistanın Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.