Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cəbhəyanı bölgələrdə Həzi Aslanovun xatirəsi yad olunub VİDEO

Beyləqan, 25 yanvar, AZƏRTAC

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun əbədiyyətə qovuşduğu vaxtdan 75 il ötür. Yaşasaydı 110 yaşında idi. Lakin qəhrəman həmyerlimiz qədirbilən xalqımızın yaddaşında 35 yaşlı mübariz bir döyüşçü, yenilməz sərkərdə kimi yaşayır və bundan sonra da yaşayacaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunun İkinci Şahsevən kəndində, “Həzi Aslanov Xatirə bağı”nda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəhrəmanın xatirəsi ehtiramla yad edilib.

Hərbi orkestrin ifa etdiyi “Rekviyem”in sədaları altında hərbi qulluqçular, veteranlar, ictimaiyyət nümayəndələri, gənclər, Həzi Aslanovun və şəhidlərin ailə üzvləri ölməz generalın abidəsi və şəhidlərin xatirə lövhəsi önünə qızılgüllər, qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin, Həzi Aslanovun timsalında Böyük Vətən müharibəsi illərində faşizmə qarşı müharibədə həlak olan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin igid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılan Təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq bildirib ki, respublikamızda Müdafiə nazirinin təsdiq etdiyi Tədbirlər planına əsasən Təhsil və Mədəniyyət nazirlikləri ilə birlikdə silsilə tədbirlər keçirilməkdədir. Tədbirlər ilboyu davam etdiriləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamının əhəmiyyətindən danışan A.Qurbani nəzərə çatdırıb ki, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun şəxsi heyətinin, eləcə də gənc nəslin ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi qarşımızda duran əsas vəzifələrdəndir və bu iş dövlətimizin başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Məhz Prezidentin növbəti Sərəncamı da mühüm əhəmiyyət kəsb edir, xalqımız və Vətən müdafiəçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

General-mayor Mayis Bərxudarov Prezidentin "Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin cəbhəyanı bölgələrdə də uğurla həyata keçirildiyini bildirib. Bir neçə gün öncə Horadiz qəsəbəsində təşkil olunan tədbirdə ön səngərlərdən gələn döyüşçülərlə yerli əhalinin unudulmaz sərkərdənin doğum gününü birlikdə qeyd etməsini ordu ilə xalqın sağlam mənəvi birliyinin təcəssümü kimi qiymətləndirib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ müharibəsinin veteranı Eyvaz Hüseynov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov və şəhid atası Ələkbər Hüseynov hərbçilərin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də yubiley tədbirlərini yüksək səviyyədə təşkil etdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi hissənin komandanlığına Aslanovlar ailəsinin minnətdarlığını çatdırıb.

Füzuli Dövlət Dram Teatrının aktyoru Qaçaq Qarayevin general Həzi Aslanovun qiyafəsində gəlişi, şəhid analarına və Lələtəpə fatehlərinə - igid tankçılara müraciəti tədbir iştirakçılarında qürurlu anlar yaşadıb: “Şəhid anaları, başınızı dik tutun! Mənim anam da müharibədə iki oğul qurban verib. Mənim anam “Vətən sağ olsun!” deyərək ömrünün sonuna qədər el içində başıuca dolanıb. Övladları ilə fəxr edib. Anam inanırdı ki, gələcək nəsillər onun övladlarının da xatirəsini həmişə əziz tutacaq, qəhrəmanlıqlarını unutmayacaqlar. Azərbaycan Ordusunun mətin döyüşçüləri, Aprel döyüşlərinin qəhrəmanları, tankçı dostlarım uğurlarınızdan mənim ruhum da şad olub. Mən Vətəndən uzaqlarda, Rusiya, Ukrayna, Belarus və Pribaltikada döyüşlərdə Azərbaycan oğlunun hansı mənəvi və iradi keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərdim. İndi növbə sizindir. Torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olun! Xalqımızı yeni qələbə müjdələri ilə sevindirəcəyinizə inanıram. Qarabağ sizi gözləyir, Vətən əsgəri! Növbə sizindir, uğur olsun, dostlar!”

Döyüşlərdə və Azərbaycan Ordusu şəxsi heyətinin vətənpərvərlik tərbiyəsi işində fərqlənən bir qrup hərbi qulluqçu və mülki şəxsə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “Həzi Aslanov” yubiley medalı, H.Aslanovun həyat və qəhrəmanlıq yolunu əks etdirən kitablar, bədii və sənədli filmlərin disklər dəsti albomu təqdim edilib.

İkinci Şahsevən kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Qəhrəmanlar ölmürlər” adlı ədəbi kompozisiya təqdim edilib, “Şəhidlər bulağı”nın açılışı olub və ətrafına həmişəyaşıl ağac tingləri əkilib.

Sonra tədbir iştirakçıları Aprel döyüşləri zamanı Lələtəpə uğrunda döyüşlərdə şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Hüseynovun ailəsinə baş çəkib, Birinci Şahsevən kəndində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyini ziyarət edərək, büstü qarşısına güllər düzüblər.

Şəhid Ayaz Hüseynovun atası, müharibə iştirakçısı Ələkbər Hüseynov minnətdarlıqla deyib: “Azərbaycan öz müstəqilliyini bərpa edənədək kəndimizdəki kollektiv təsərrüfat Həzi Aslanovun adını daşıyırdı. Bu bağ da o vaxtlar salınıb, kənd əməkçilərinin vəsaiti hesabına abidə ucaldılıb və bura vətənpərvərlik tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu bağ cəbhəyanı bölgənin keşiyində mərdliklə duran hərbi hissə komandirlərinin, əsgər və zabitlərin böyük zəhməti sayəsində yenidən qurulub. Bu təşəbbüs isə oğlum Ayazın Aprel döyüşləri zamanı şəhidliyindən sonra qaldırıldı. Dəfn mərasimində iştirak edən Müdafiə Nazirliyinin rəsmiləri, hərbi hissənin komandiri söz verdilər ki, burada yenidən quruculuq-abadlıq işləri aparılacaq, Həzi Aslanovun və şəhidlərimizin adına layiq yeni bir mənzərənin şahidi olacaqsınız. Mən bu gözəl məkanı yenidən bizə bəxş etdiyinə görə zəhməti olan hər kəsə kəndimizin əhalisi, xüsusilə də şəhid ailələri, müharibə veteranları adından dərin minnətdarlığımı bildirirəm”.

Həmin gün cəbhəyanı bölgənin bütün hərbi hissələrində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anım tədbirləri keçirilib.

Cəbhəyanı bölgələrdə Həzi Aslanovun xatirəsi yad olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı