Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkünlər özünüməşğulluq proqramına həvəslə qoşulurlar

Bakı, 20 fevral, AZƏRTAC

İldən-ilə genişlənən özünüməşğulluq proqramı ölkəmizin cəbhəyanı bölgələrində da böyük maraq doğurur və proqrama cəlb olunanların sayı getdikcə artır. Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan proqram aztəminatlı ailələrin kiçik təsərrüfatlarının və ailə biznesinin qurulması sahəsində çox uğurlu addımdır.

AZƏRTAC xəbər verir ki, Füzulu rayonunda və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramı işsizlikdən əziyyət çəkən sakinlərin həyatında əhəmiyyətli rol oynayır. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi həmin proqram çərçivəsində təlimlərə cəlb olunur, qısa müddət ərzində peşə və ixtisaslara yiyələnir, özlərinin seçdiyi fəaliyyət sahəsində tərtib etdikləri biznes planı uğurla müdafiə etdikdən sonra dövlətdən mal və aktivlər alaraq işləməyə başlayırlar.

Qarabağ müharibəsi veteranı avtomobil şinlərinin təmiri sexi açıb

Füzuli rayonun Aşağı Yağlıvənd kənd sakini Heydər Qasımov Qarabağ müharibəsinin iştirakçısıdır. O, doğma rayonunun Qacar, Yuxarı və Aşağı Divanalılar, Veysəlli kəndlərinin erməni yaraqlılarının hücumundan qorunmasında iştirak edib.1993-cü ilin avqustunda Seyidəhmədli kəndinin müdafiəsi zamanı yaralanandan sonra 2-ci qrup əlillik dərəcəsi alıb.

Heydər on ildən artıq müddətdə işsizlikdən əziyyət çəkib. Bir il əvvəl özünüməşğulluq proqramına qoşulan müharibə veteranı deyib: “Rayon məşğulluq mərkəzinin dəvəti ilə özünüməşğulluq proqramına qoşuldum. Təlimlərdə iştirak etdim və təkər təmiri sahəsində ən zəruri bilik və vərdişlərə yiyələndim. Biznes planım qəbul ediləndən sonra mənə avtomobil şinlərinin təmiri sexini yaratmağa icazə verdilər. Sexin fəaliyyəti üçün 14 sot torpaq ayrılıb. Hazırda həmin ərazisinin 36 kvadratmetr ərazisi olan sexdə fəaliyyət göstərirəm. Avtomobilin təkər və diskinin təmiri üçün lazım olan bütün avadanlıqlarla təmin olunmuşam. Əvvəllər ayrı-ayrı biznes sahiblərinin yanında fəaliyyət göstərsəm də, artıq bir neçə gündür ki, özüm kiçik sahibkar kimi fəaliyyətə başlamışam”.

Heydərə müharibə əlili kimi “NAZ Lifan” markalı avtomobil verilib. O, mənzillə təmin olunacağına da böyük ümid bəsləyir. Veteran deyib: “Üç nəfərdən ibarət kiçik ailəm var. 230 manat məbləğində Prezident təqaüdü və 236 manat pensiya alıram. Sex fəaliyyətə başlayandan sonra güzəranımız daha da yaxşılaşıb. Hər gün mənə avtomobil sahiblərindən müraciətlər daxil olur. Çalışıram ki, ilk gündən onların sifarişlərini tez, operativ və keyfiyyətlə yerinə yetirəm. Keyfiyyətli xidmət isə həmişə razılıq doğurur. Ona görə, müraciətlərin sayında artım hiss edirəm. Ümid edirəm ki, özünüməşğulluq proqramına qoşulmağım ailəmizin həyatında əsaslı dönüş yaradacaq”.

Gənc dönərçi öz seçimindən razıdır

Gənc dönərçi Vüsal Mehralıyev bir ilə yaxındır ki, Horadiz şəhərinin mərkəzində əhaliyə xidmət göstərir. Kiçik biznes fəaliyyətinə qoşulanadək o da işsizlkdən əziyyət çəkib və valideyn himayəsində yaşayıb. Qril, dönər aparatı, toster, kartof qızartmaq üçün elektrik qızdırıcı soba, soyuducu, habelə sexdə istifadə etmək üçün lazım olan digər avadanlıqlarla təmin olunub.

Vüsal özünün yeni fəaliyyət sahəsindən razılıqla söhbət açır: “İşsiz qalmaq, qazanc sahibi olmamaq məni çox narahat edirdi. Çox fikirləşsəm də, özümə iş yeri yaratmaq üçün haradan və nədən başlamaq lazım gəldiyini tapa bilmirdim. Nəhayət, rayon məşğulluq mərkəzinə üz tutdum və xidmət sahəsinə maraq göstərdiyimdən dönərçi peşəsini seçdim. Təlimlərə cəlb olundum, lazımi bacarıqlara yiyələndim və biznes planıma uyğun olaraq aktivlərlə təmin olundum. Artıq bir ilə yaxındır ki, işləyirəm. Hər gün 30-35, bəzən daha çox müştərim olur. Yeni ailə qurmuşam və uğur qazanacağım halda fəaliyyətimi genişləndirməyi düşünürəm”.

Xaləddin İsmayılov: “Arzum ailə təsərrüfatını daha da genişləndirməkdən ibarətdir”

Fevralın 19-da öz biznes-planına uyğun olaraq qurulan istixana təsərrüfatı Horadiz şəhərində məcburi köçkün Xaləddin İsmayılova təhvil verilib. Rayon məşğulluq idarəsinin əməkdaşları onu aktivlərlə təmin edərək yeni fəaliyyət sahəsində uğurlar arzulayıblar.

Xaləddin deyib: “Təsərrüfat işinə böyük marağım olsa da, onu necə həyata keçirmək mənim üçün müşkülə çevrilmişdi. Özünüməşğulluq proqramına qoşulamaqla bu arzumu reallaşdıra bildim. İndi mənim əkib-becərməyim üçün 70 sot torpaq sahəsi ayrılıb. Onun 192 kvadratmetri istixana təsərrüfatıdır. Bu, o deməkdir ki, ilboyu burada sevdiyim fəaliyyət sahəsi ilə məşğul olacam və camaatımızın bostan-tərəvəz məhsullarına olan tələbatın ödənilməsinə çalışacağam. Qarşıdan yaz gəlir, torpaq getdikcə oyanır, havalar qızmağa başlayır. Ona görə də elə bu gündən işə başlayacaq və torpağı belləyəndən sonra yavaş-yavaş ilk toxum və şitilləri basdırcağam”.

“İlk addımdan çox şey başlayır. Bu gün də mənim üçün təsərrüfat sahibi kimi işə başlamağımın ilk günüdür. Məqsədim qəsəbə sakinlərini xiyar, pomidor, kartof, soğan, lobya və digər məhsullara olan tələbatını ödəməkdə kömək etmək, zaman keçdikcə təsərrüfatı genişləndirərək qardaşlarımı da bu işə cəlb etməkdir. Bu torpaq məhsuldar torpaqdır, özüm isə işləməyi sevirəm. Ona görə də hesab edirəm ki, təsərrüfatı genişləndirmək və iki ildən sonra dövlətin bizə göstərdiyi bu dəstəyin sayəsində özümün ailə təsərrüfatımı yaratmaq çətin olmayacaq”,- deyə Xaləddin əlavə edib.

Aygün Təbrizli: “Əldə etdiyimiz gəliri təsərrüfatın genişlənməsinə sərf edirik”

Dövlətin göstərdiyi diqqət və hərtərəfli qayğı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. 2016-cı ilin aprelində Azərbaycan Milli Ordusunun uğurlu döyüş əməliyyatlarından sonra Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində özünün yeni növrağına qovuşan kənddə yerli əhalinin məşğulluğunun artırılması, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsi üçün çox iş görülüb. Kənddə yaşayan 25 ailə üçün özünüməşğulluq proqramı çərçivəsində əsasən heyvandarlıq üzrə təsərrüfatlar yaradılıb. Bu, yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə imkan verib.

Yeni təsərrüfatlardan biri də Aygün Təbrizliyə məxsusdur. O, əslən Laçın rayonun Aşağı Çorman kəndindəndir, köçkünlük illərində Cocuq Mərcanlı kənd sakini İlkinlə ailə həyatı qurub və Araz çayının sahilində yerləşən kəndə qayıdana qədər Oğuz rayonunun Böyük Söylü kəndində yaşayıblar. Gənc ailə orada da təsərrüfat işləri ilə məşğul olub, mal-davar saxlamaqda İlkinin atası Mahmud kişiyə kömək edib.

İndi isə özlərinin ayrıca heyvandarlıq təsərrüfatları var. Özünüməşğulluq proqramı çərçivəsində onlara iki baş inək verilib. İnəklərin ikisi də bala verib və ailə təsərrüfatı daha da genişlənib. İndi inəklər yenə də bala verməyə hazırlaşırlar.

Aygün Təbrizli deyir: “Təsərrüfat böyüdükcə onun qayğıları da artır. Hələlik inəkləri uzunluğu 10, eni 7 metr olan tövlədə saxlayırıq. Lakin tövləni genişləndirmək, onlara axur yaratmaq barədə düşünürük. Əsas odur ki, əldə etdiyimiz vəsaiti təsərrüfatın özündən qazanırıq. Üç oğlumuz var, onları da bu qayğılara alışdırmağa çalışırıq. İndi bizi ən çox örüş və yem məsələsi narahat edir. Onları həll edə bilsək, təsərrüfatın genişlənməsi üçün heç bir ciddi problem olmayacaq”.

Kiçik sahibkar iki il ərzində qoyun-quzuların sayını 100 başa çatdırıb

Cocuq Mərcanlıda digər bir ailə təsərrüfatı Elnur Həsənova məxsusdur. O, iki il əvvəl özünüməşğulluq proqramına qoşulub. Kəndə gəlib sakinləri həmin proqrama cəlb edən məşğulluq mərkəzinin nümayəndələri sahibkar kimi onu qeydiyyatdan keçirərək 20 ana qoyun və bir erkək veriblər.

Gənc sahibkarın zəhmətkeşliyi, qoyun-quzu saxlamaq qaydalarını yaxşı bilməsi öz bəhrəsini verib. “Qoyunu əbəs yerə bərəkətli heyvan hesab etmirlər. İki il ərzində onların ət, yun, südündən də istifadə etmişik, kəsdiyimiz də, pay verdiyimiz də olub. Bununla belə indi quzularla birlikdə onların sayı 100 başa çatıb. Qoyun-quzuların sayının çoxalması onların yemlə, otlaqla təmin olunması barədə düşünməyə məcbur edir. Tikdiyim tövlə də indi onları bəsləmək üçün darlıq edir. Bu kiçik fermanın məhsullarından əldə etdiyim vəsaitlə onların inkişafı üçün daha əlverişli şərait yaratmağı planlaşdırıram”,- deyə Elnur bildirib.

Füzulidə 241, Cəbrayılda 175, Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı cəbhəyanı bölgələrdə həyata keçirilən özünüməşğulluq proqramının icrası barədə məlumat verərək deyib: “ Proqramın məqsədi aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması, dayanıqlı gəlir mənbəyi ilə təmin olunmasıdır. Məşğulluq Proqramlarının icrası zamanı həssas qrupdan olan şəxslər, məcburi köçkünlər, cəbhəboyu bölgədə yaşayan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır, onlar üstün hüquqa malikdirlər. İndiyədək Füzuli rayonu üzrə 691 nəfər işlə təmin edilib, 241 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Bu gün də proqram çərçivəsində özünüməşğulluq proqramı sahəsində yeni istiqamətlər yaradılır. Təkcə 2019-cu ildə Cəbrayıl rayonundan olan 202 nəfər münasib işlə təmin edilib, rayon üzrə özünüməşğulluq proqramına 175 nəfər, Cocuq Mərcanlıdan isə 25 nəfər cəlb edilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub