REGİONLAR


Cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrinə və əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

Ağdam, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Məlum olduğu kimi, noyabrın 6-da Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam olunublar.

Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Tariyel Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaşayış məntəqələrində hərbi təcavüzdən ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, aktlaşdırılır. Müvafiq qiymətləndirmə işləri aparıldıqdan sonra təmir-bərpa işlərinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.