Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Cəbi Bəhramov: Azərbaycan Xalq Cümhuriyyətinə dağılmış iqtisadiyyat miras qalmışdı...

Cümhuriyyət hökuməti respublikada iqtisadi vəziyyətin yaxşılaşması, sosial problemlərin həlli istiqamətində ciddi addımlar atmağa cəhd edir, müxtəlif sosial proqramlar həyata keçirməyi planlaşdırırdı

Bakı, 3 aprel, Laçın Sultanova, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iqtisadi siyasəti, bununla bağlı qəbul edilən qanunvericilik aktları, yeni maliyyə-bank sisteminin yaradılması, həmin dövrdə həyata keçirən islahatlar, xarici ticari-iqtisadi əlaqələr və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov cavablandırır.

- Azərbaycan Xalq Cümhuriyyəti iqtisadi sahədə nə kimi çətinliklərlə üzləşmişdi? Hökumət milli iqtisadiyyatı hansı prinsiplər üzərində formalaşdırmaq istəyir və nə kimi addımları atırdı?

- XX əsrin əvvəlində, 100 il öncə Şimali Azərbaycan ərazisində milli dövlətçiliyin bərpası Azərbaycan xalqının milli tarixində xüsusi yer tutur. Bu dövlət Bakı nefti uğrunda vuruşan dövlətlərin işğalçı planları ucbatından beynəlxalq aləmdə de-yure tanınmadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda dövlətçiliyin bərpası iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin Birinci dünya müharibəsi, ikihakimiyyətlilik dövründə Cənubi Qafqazda, eləcə də Azərbaycanda baş alıb gedən anarxiya, hərc-mərclik, xalqın varidatının Bakı kommunarları ilə "Sentrokaspi" tərəfindən talan edilməsi və nəhayət, müstəqil dövlət quruculuğu dövründə ölkənin xarici qoşunların təsiri altında olması nəticəsində iqtisadiyyatın, demək olar ki, tam dağılması gənc hökuməti böyük çətinliklərlə qarşılaşdırmışdı.

Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış təsərrüfat sahələrini bərpa etmək deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyənləşdirmək və bu əsasda köklü islahatlara başlamaq idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təmsil edən şəxslərin əksəriyyəti Rusiyanın qabaqcıl universitetlərinin məzunları olsalar da, onların müvafiq islahatlar keçirmək sahəsində zəruri təcrübələri kifayət etmirdi. Hökumətin kursu tarixi şəraitə görə həddən ziyadə ideoloji məzmun daşıyır və özünü respublikanın bütün icra orqanlarında büruzə verirdi.

Cümhuriyyətin iqtisadi və siyasi platforması bütün vətəndaşların həqiqi hüquq bərabərliyini bərqərar edərək, demokratik bir cəmiyyət qurmağı nəzərdə tuturdu. Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının müxtəlifliyi prinsipini həyata keçirməkdən, dövlətə, xüsusi şəxslərə, səhmdar birliklərə bələdiyyə - özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün bütün vətəndaşlara bərabər imkan verən demokratik şəraiti təmin etməkdən ibarət idi. Bununla yanaşı, hökumət belə bir mövqedə idi ki, mülkiyyət formalarının müxtəlifliyi iri mülkiyyətin, xüsusilə də dövlət iqtisadiyyatının özəyini təşkil edən fabrik və zavodların parçalanmasına gətirib çıxarmamalıdır. Mülkiyyət formalarının müxtəlifliyi üçün bərabər imkan yaradan şəraitin təmin edilməsi ideyası respublikanın iqtisadiyyat sahəsinə aid ilk qanunvericilik aktlarının əsasını təşkil edirdi. Lakin zaman həmin aktların heç də hamısının işlək olmadığını və özünü doğrultmadığını göstərdi.

Vaxt ötür, respublikada iqtisadi vəziyyət isə mürəkkəb olaraq qalırdı. Görkəmli Azərbaycan sənayeçisi Hacı Zeynalabdin Tağıyev 1919-cu ilin iyununda Baş nazir Nəsib Yusifbəyliyə ünvanladığı müraciətində maliyyə, ticarət və sənaye sahələrində hökumət kursunun dəyişdirilməsində qətiyyət göstərilməsindən bəhs edirdi. Bu məktub ölkənin sahibkar dairələrinin lideri olan şəxsin mövqeyini aydın əks etdirdiyi üçün çox diqqətəlayiqdir və ibrətamiz təəssürat oyadır. O öz müraciətini "Allaha şükür ki, doğma vətənim üzərində parlayan müstəqillik günəşinin şəfəqlərini seyr etmək mənə nəsib olmuşdur", - sözləri ilə başlayırdı. Lakin buna baxmayaraq, onun səmimi və nəzakətli tonu, milli ideyaya loyal münasibətinin arxasında iqtisadi sərbəstlik istəyən burjuaziyanın sərt dialoqa hazır olması aydın duyulurdu. H.Z.Tağıyev öz məktubunu birbaşa problemin mahiyyəti barədə fikirlərini açıqlamaqla başlayırdı: "Zənnimcə, indi elə bir münbit şərait mövcuddur ki, bu şəraitdə mən sizin diqqətinizi hökumətin fəaliyyət mərkəzindən kənarda qalan bir sıra mühüm məsələlərə, maliyyə və iqtisadi siyasət məsələlərinə cəlb etmək istəyirəm". Öz fikirlərini öyrəncəli olduğu valyuta-birja dilində izah edən sahibkar sonra yazırdı: "Mal ixracına qoyulmuş qadağalar milli valyutanın tamamilə qiymətdən düşməsinə gətirib çıxarmışdır: idxal-ixrac əməliyyatları üzərində sərt nəzarət, mal mübadiləsinin məhdudlaşdırılması sərmayə sahiblərinə ciddi ziyan gətirdi".

Onun tənqidi də konkret idi: əgər hökumət insan hüquqlarına hörmət edəcəyinə, xüsusi mülkiyyətin toxunulmazlığına təminat verirsə, onda sözünün üstündə axıradək durmalı və müxtəlif qadağalara, maneçiliklərə, məhdudiyyətlərə əl atmamalıdır. Tağıyevin gəldiyi nəticələr həm real, həm də sosial ünvanlıdır: onun fikrincə, hökumətin belə iqtisadi siyasətindən ən çox qazanan alverçilər və vicdansız məmurlar, itirənsə istehsalçılar və istehlakçılar olacaqlar. Yaradıcı işgüzar adamların Tağıyevin məktubunda ifadə edilmiş narazılığı, əslində, göründüyündən qat-qat əsaslı idi. Onun əsas qayəsi aşağıdakı sözlərlə ifadə olunmuşdu: işlərin normal gedişinə mane olan ən əsas amil iqtisadiyyatda nizamlama sisteminin və sabit dövlət qiymətlərinin mövcudluğudur. "Hər iki tədbirin tərəfdarları elə düşünürlər ki, guya sənayeçi dövlətin və cəmiyyətin düşmənidir, yalnız öz marağını güdür və buna görə də cinayət törətmiş cani kimi onun üzərində sərt nəzarət lazımdır. Belə baxışların əsassız olmasını sübut etməyə ehtiyac yoxdur. Azad sahibkarlar dövlətin düşməni yox, dostu və dayağıdır".

- Həmin dövrdə Azərbaycan iqtisadiyyatı yalnız ikiqütblü idi: neft və aqrar sektor. Təbii ki, hər iki sahədə keçmişdən miras qalmış, xüsusən kəndlinin mənafeyinə heç də uyğun olmayan iqtisadi münasibətləri, mülkiyyət formalarını dəyişmək hökumətin qarşısında duran ilkin vəzifə idi. Hökumət bu barədə nə düşünür, islahatlara nədən başlamaq istəyirdi? Azərbaycan iqtisadiyyatının həmin dövrdəki mənzərəsinə tam aydınlıq gətirə bilərsinizmi?

- Doğrudan da, kənd təsərrüfatı və neft sənayesi o vaxt iqtisadiyyatın əsas özülünü və ölkə əhalisinin 76 faizinin fəaliyyət və dolanışıq mənbəyini təşkil edirdi. Belə ki, torpaq məsələsi ən kəskin iqtisadi, sosial və siyasi məsələlər sırasında dururdu. Onun həll edilməsi həm bütün sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa, həm də böyük kəndli kütləsinin yeni hökumətə etimad göstərməsinə imkan yaradardı. Ümumiyyətlə, respublikada aqrar islahatlara keçid dövründə kənddəki mövcud istehsal münasibətlərinin - kəndlilərin təbəqələşməsi ilə müşayiət olunan kapitalist münasibətlərinin genişlənməsi müşahidə olunurdu. 1917-ci ildə aqrar bölmənin quruluşu aşağıdakı kimi idi: yoxsul təsərrüfatları - 54,4 faiz, ortabablar - 34 faiz, qolçomaqlar 6 faiz. Mülkiyyət formaları arasında dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Belə ki, bütün kənd təsərrüfatı sahəsinin 29,5 faizi mülkədarların mülkiyyətində, 68,7 faizi dövlətin payında olduğu halda, yalnız 1,8 faizi kəndlilərə məxsus idi. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan torpaq icarə etməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə Azərbaycanın bütün qəzalarında torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu. İslahatların keçirilməyə başlandığı dövrdə onların məhz "kəndliyə torpaq vermək" məqsədi güdən hissəsi təşkil etməli idi. Bu məqsədlə yaradılmış komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələri variantlarından heç biri qanun statusu almadı, aqrar bölmədəki durğunluq aradan götürülmədi, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün əsas vacib məsələlərdən biri tam həll olunmamış qaldı.

Neft və neft məhsulları Azərbaycan sənayesinin əsas özəyini təşkil edirdi. Bakı neftinin ən mühüm istehlakçısı olan Rusiyanın Azərbaycanın müstəqilliyini tanımaq istəməməsinə baxmayaraq, Sovet Rusiyası ilə Azərbaycan hökuməti arasında ticarət haqqında danışıqlar aparılırdı. Bu danışıqlar nəticəsində 1920-ci il martın 30-da Sovet Rusiyası ilə Azərbaycan Respublikası arasında ticarət müqaviləsi imzalandı. Qeyd etmək lazımdır ki, Rusiya ilə Azərbaycan hökuməti arasında hələ ticarət müqaviləsi bağlanmamışdan əvvəl Bakı və Həştərxan bolşevikləri dövlətdən gizli yolla Rusiyaya neft və neft məhsulları daşıyırdılar. Bakı və Rusiya arasında dəmir yolu əlaqəsi kəsildiyi üçün yeganə ticarət yolu Xəzər dənizi idi. 1918-ci ilin naviqasiyasının açıldığı gündən iyulun 30-dək Bakıdan Həştərxana 3948 pud neft məhsulları göndərilmişdi. Bu talançılığın qarşısını almaq üçün Azərbaycan hökuməti neft məhsulların istehsalı və daşınması üzərində 1919-cu il 26 may tarixli qərarı ilə ciddi nəzarət yaratdı. Qərara əsasən dənizlə Həştərxana olan yol bağlanmışdı. Əlbəttə, bu, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadiyyatı üçün heç də əlverişli deyildi. XIX əsrin 90-cı illərindən başlayaraq Rusiya imperiyasında istehsal olunan neftin ümumi həcminin 85 faizi Bakının payına düşmüşdü, bu isə dünya neft istehsalının təxminən yarısını təşkil edirdi. Neft sənayesini böhrandan çıxarmağa çalışan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən bu sahədə konkret addımlar müəyyənləşdirdi. Azərbaycan parlamenti neft istehsalı və satışını öz nəzarətinə aldı, bununla bağlı olaraq dəfələrlə hökumətin məruzələrini dinlədi, neft sənayesinin rentabelliyinin yüksəlməsinə yardım edən bir sıra qanunverici sənədlər qəbul etdi.

Neft Azərbaycanda ixracatın əsas mənbəyi olduğundan hökumət onunla əlaqədar iqtisadi əlaqələri bərpa etməyə çalışırdı. Rusiya bazarı respublika üçün məlum səbəblərə görə itirildiyindən bütün diqqəti Azərbaycanın dünya bazarına neft ixracına imkan verən Bakı-Batum neft kəmərindən istifadə etməyə yönəltmək lazım gəlirdi. Bu kəmərin taleyi çox mürəkkəb idi. Onun tikintisinə hələ XIX əsrin sonlarında - 1897-ci ildə başlanmış, 1907-ci ilin iyulunda isə başa çatdırılmışdı. Ümumi uzunluğu 830 kilometr olan neft kəməri Zaqafqaziya dəmir yolu boyunca uzanıb gedirdi. Bakı neft sənayeçiləri onun inşasına lap başlanğıcda etiraz etmişdilər. Uzun və gərgin mübarizədən sonra Zaqafqaziya Dəmir Yolu İdarəsinə Bakı-Batum magistral boru xəttini yol boyu inşa etməyə icazə verilmişdi. Amma bu dəfə kəmərlə ağ neftin nəqli nəzərdə tutulduğundan onun inşasına neft sənayeçiləri etiraz etmədilər. Çünki bu halda Bakı neft emalı zavodları sahiblərinə Qara dəniz sahillərində rəqiblər meydana gəlməsi təhlükəsi sovuşur, Bakının mövqeyi neft emalı sənayesi mərkəzi kimi möhkəmlənirdi. Təəssüf ki, sonralar, 1917-ci il iyulun 1-də ağ neft kəməri qara neft kəmərinə çevrildi. Azərbaycanın müstəqilliyi elan olunduğu məqamda neft kəməri işləmirdi və Bakı-Batum marşrutu ilə neftin ötürülməsi yalnız 1918-ci il dekabrın 12-də bərpa olundu. Bunun ardınca 1918-ci il dekabrın 26-da Azərbaycan və Gürcüstan arasında "Azərbaycan dəmir yolunun Zəyəm stansiyasından Gürcüstan dəmir yolunun Saloğlu stansiyasınadək neft ötürülməsinin müvəqqəti qaydaları" haqqında tranzit müqaviləsi bağlandı.

- Xarici ölkələrlə ticari-iqtisadi əlaqələr qurulması sahəsində atılan addımlar barədə də danışmağınızı xahiş edirik. Cümhuriyyət dövründə ticarət dövriyyəsi necə həyata keçirilirdi: Azərbaycan xaricə nə ixrac edir, oradan nə alırdı?

- Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin səyi nəticəsində Almaniya ilə iqtisadi əlaqə yaratmaq mümkün olmuşdu. Belə ki, iki dövlət arasında iqtisadi, ticarət əlaqələri yaratmaq haqqında şifahi razılıq əldə edilmişdi. 1918-ci il oktyabr ayının əvvəlində Almaniya bu məqsədlə öz nümayəndələrini Azərbaycana göndərmişdi. Paris Sülh Konfransında Azərbaycan nümayəndələri Amerika, İtaliya, Fransa nümayəndə heyətləri ilə də iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmişdilər. M.T.Hacınski 1919-cu il iyunun 19-da ABŞ və Fransa nümayəndələri ilə belə bir şifahi razılaşma əldə etmişdi ki, həmin ölkələrdən Azərbaycana manufaktura, ayaqqabı və digər gündəlik tələbat malları gətirilsin. Azərbaycanla ticarət əlaqəsi yaratmaq haqqında Fransanın xarici işlər naziri cənab Pişo da öz müsbət rəyini söyləmişdi. 1920-ci ilin yanvarında Azərbaycan hökuməti ilə ABŞ arasında ticarət müqaviləsi bağlanması haqqında razılaşma əldə edilmişdi. Bağlanması nəzərdə tutulan bu ticarət müqaviləsinə əsasən, Azərbaycan Batum vasitəsilə oraya neft və neft məhsulları (həftədə 1500 ton mazut) göndərməli, əvəzində isə ərzaq məhsulları almalı idi. İngiltərə ilə iqtisadi əlaqələrinə gəldikdə isə demək lazımdır ki, ozamankı çox mürəkkəb bir siyasi şəraitdə Azərbaycanı bir çox dövlətlər və o cümlədən ingilislər özlərindən asılı vəziyyətə salmağa çalışırdı.

Cümhuriyyət hökuməti dünyanın bir sıra ölkələri, o cümlədən 1918 iyunun 4-də Türkiyə, 1919-cu il mayın 23-də İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Ermənistan, Dağıstan, Orta Asiya dövlətləri ilə iqtisadi əlaqə yaratmağa nail olmuşdu. Bəzi dövlətlərlə ticarət müqaviləsi bağlanmış, bəziləri ilə isə şifahi razılıq edilmişdi. 1919-cu il aprelin 14-də parlamentin növbəti iclasında baş nazir ölkənin ağır iqtisadi vəziyyətini təhlil edərək deyirdi: bizim keçirdiyimiz ağır həyat şəraiti ölkəmizin qeyri-normal ticarətindən irəli gəlir. Ona görə də Azərbaycanın qonşu və xarici dövlətlərlə ticarət əlaqələrinin bərpası zəruridir. Bizim ölkənin (Azərbaycanın) müvəffəqiyyətləri və sərvəti, neft və onun inkişafı xarici ticarət əlaqələrindən çox asılıdır.

Xarici dövlətlərlə iqtisadi və ticarət əlaqələri yaratmaq üçün Ticarət və Sənaye Nazirliyi bir sıra tədbirlər görmüşdü. Azərbaycanın xarici iqtisadi ticarət fəaliyyətinin sağlamlaşdırılması tədbirləri parlamentin 1919-cu il 24 noyabr tarixli iclasında geniş müzakirə olunmuş, müxtəlif və bir-birinə zidd fikirlər irəli sürülmüşdü. Ə.C.Pepinov xaricə ixrac olunan bəzi əmtəələrin, xüsusən taxıl, pambıq, yun və s. ticarətini inhisarlaşdırmağı, bir başqası isə həmin əmtəələrin azad ticarətinin genişləndirilməsi təklifini irəli sürürdü. M.Ə.Rəsulzadə ölkədə zəruri tələbat mallarına ehtiyacı ödəyəcək ticarətə keçməyin tərəfdarı idi və inhisarlaşdırma üçün isə hələlik kifayət qədər təlimat və qaydaların olmadığını qeyd edirdi. 1919-cu il aprelin 14-də parlamentin iclasında N.Yusifbəyli də öz çıxışında göstərmişdi ki, ölkənin neft istehlakçısından məhrum olması Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatını ağır vəziyyətə salır.

- Cümhuriyyət hökumətinin qarşısında həm də müstəqil dövlətin varlığı üçün həyati əhəmiyyət kəsb edən maliyyə-pul sistemini tənzimləmək kimi olduqca mürəkkəb vəzifə dayanırdı. Ölkənin vergi siyasətini formalaşdırmaq, qiymətli kağızlar bazarını qaydaya salmaq istiqamətində atılan addımlar nə ilə nəticələnirdi?

- Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi. Siyasi sabitliyin pozulması, işsizliyin artması, manatın dəyərdən düşməsi ölkə əhalisində hökumətə inamsızlıq doğururdu. Bu məsuliyyətin bir hissəsi həm də parlamentin üzərinə düşürdü, çünki qanunverici orqan iqtisadi məsələlərlə məşğul olmağa vaxt tapmır, fəaliyyətini sırf siyasi məsələlərə yönəltməyə məcbur olurdu. Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədilə bir sıra qanunverici aktların hazırlanmasına, qəbul edilməsinə yalnız dörd aydan sonra başladı. Bu aktlar ilk növbədə kredit, vergi, bank və gömrük sahələrinə aid idi. Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanırdı. İlk vaxtlar bu sahədə aparılan iş keçmiş Rusiya imperiyasının müvafiq qanunlarına düzəliş və əlavələr etməklə məhdudlaşırdı, sonralar isə müxtəlif vergilər haqqında ayrı-ayrı qanun layihələri müzakirəyə çıxarılır və qəbul edilirdi. Təəssüf ki, bu zaman başlıca olaraq ənənəvi vergi sistemindən, xəzinənin ehtiyaclarını ödəmək üçün dolayı vergilərdən - inhisar yığımları, gömrük vergiləri və aksizlərdən istifadə edilirdi.

Cümhuriyyət hökuməti maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə üstünlük verirdi. Parlamentin 26 dekabr tarixli iclasında çıxış edən baş nazir Fətəli xan Xoyskinin təqdim etdiyi hökumət proqramında deyilirdi: “Ölkədəki maliyyə vəziyyəti hələlik qeyri-müəyyəndir. Hələlik Azərbaycanın öz pul əsginası yoxdur. Azərbaycan hökuməti öz pullarını buraxmaq əzmindədir. Maliyyə siyasətində mütərəqqi gəlir vergisi həyata keçiriləcək”.

Parlamentin fəaliyyəti dövründə müzakirəyə çıxarılan 315 qanun layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi. Qanun layihələrindən birində vergi məsələsi ilə bağlı bütün şikayətlərə Maliyyə Nazirliyi əməkdaşlarından ibarət şuranın baxması təklif olunurdu. Bütün siyasi partiyalar, o cümlədən iqtidar partiyası olan "Müsavat" da dolayı vergilərin ləğvinə və mütərəqqi gəlir vergisinin tətbiqinə tərəfdar idi. Lakin hökumət və parlament əlavə vəsait əldə edilməsi məqsədilə tez-tez dolayı vergilərin tətbiqinə məcbur olurdu. 1919-cu ilin əvvəlinədək dövlətin gəliri 600 milyon manat idi ki, bunun da 400 milyon manatı dolayı vergilərin, xüsusən neft məhsullarının payına düşürdü. Digər tərəfdən, kənd təsərrüfatının əsas özəyini əkinçilik təşkil etdiyi halda, ona müasir vergi sistemi tətbiq etmək çox çətin məsələ idi. Çünki bununla bağlı həm yeni minimum hədd müəyyənləşdirmək, bütün vergiyə cəlbetmə dərəcələrini nəzərdən keçirmək, həm də büdcə haqqında qanunun olmadığını nəzərə almaq lazım gəlirdi. Bütün bunlar dövlət büdcəsinin vaxtında tərtibinə və xərclərinin bölüşdürülməsinə mənfi təsir göstərirdi. Vergi sahəsindəki vəziyyət bir də o səbəbdən ağırlaşırdı ki, bütün yerlərdə vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən məsul struktur orqanlar yox idi və vergiləri qəza rəisləri yığırdılar. Maliyyə Nazirliyi nəzdindəki müvafiq vergi şöbəsi obyektiv səbəblərə görə vergi növlərini və ölkə ərazisini bütünlüklə əhatə edə bilməmişdi. Buna görə verginin miqdarı smetada qabaqcadan təyin edilmədiyi üçün yığım və inhisarlar şöbəsi yaratmaq məqsədəuyğun hesab edildi.

Gənc dövlətin ağır maliyyə vəziyyətini düzəltmək, maliyyə sistemini ciddi böhrandan xilas etmək üçün yüksək səviyyəli mütəxəssis kadrlar tələb olunurdu. Pulun sürətli emissiyası hökuməti "Bakı bonu" adlanan yeni pullar kəsmək yolu seçməyə vadar edirdi. Bakı bonlarının buraxılmasına, Şəhər Dumasının 1917-ci il 23 dekabr tarixli qərarına uyğun olaraq, 1918-ci ilin əvvəllərindən başlanmış və martın sonlarınadək davam etmişdi. Bakı Sovetinin hakimiyyəti dövrü (noyabr 1917 - iyul 1918) emissiya sahəsində hər hansı bir qayda-qanunun və heç bir hesabatın olmaması ilə səciyyələnirdi. Pul imkanlarının miqdarı yalnız litoqrafiyanın məhsuldarlığı ilə müəyyən edilir və bolşeviklərin mülahizələrinə görə xərclənirdi. Məhz buna görə də pul imkanlarının hər hansı təminatından söhbət gedə bilməzdi. 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti axırıncı emissiyanı həyata keçirdi. Tədavüldə 4 valyuta var idi: çar hökuməti tərəfindən kəsilmiş ("Nikolayevski" adlandırılan) rubllar, Müvəqqəti hökumətin kəsdiyi rubllar ("kerenkalar"), Tiflisdə buraxılmış Zaqafqaziya hökuməti bonları və nəhayət, Bakı bonları. Bütün bu valyutalar qanuni ödəniş vasitəsi olaraq dövriyyədə idi.

Yaranmış şəraitlə əlaqədar olaraq 1918-ci il sentyabrın 22-də hökumət Bakı bonlarının dövriyyəyə buraxılması haqqında qərar çıxardı. Qərara uyğun olaraq, 40 manat (Bakı bonu) 1 Türkiyə lirəsinə bərabər idi. Başqa pul vahidlərinin dövriyyədən çıxarılması hələ nəzərdə tutulmurdu. Kağız pulla bağlı məsələləri daim diqqət mərkəzində saxlayan Cümhuriyyət hökumətinin verdiyi fərmanlardan birincisi (22 sentyabr) Bakı bonunun dövriyyəyə daxil edilməsi, ikincisi (25 sentyabr) isə 10, 25 və 50 bon nominal dəyərlərində daha 30 milyon bon-manat kəsilməsi və bu işə 150 min manatlıq kredit ayrılması haqqında idi. Tezliklə kəsilən bu pulların həqiqi nominal dəyəri məlum oldu. O vaxt İstanbulda olan M.Ə.Rəsulzadəyə göndərdiyi xüsusi sənəddə bu haqda məlumat verən baş nazir məzənnənin 20 manat da düşdüyünü, hökumətin nəzərdə tutduğu 40 manat məzənnəsini qoruyub saxlamağın mümkün olmadığını bildirmişdi. Növbəti fərman 1918-ci il oktyabrın 26-da verilmişdi. Müxtəlif maliyyə işlərində yerli bonlardan istifadə edilməsi hesabına öz mövqeyini bir qədər möhkəmlədən Maliyyə Nazirliyi əlavə olaraq daha 51 min manat buraxa bilmiş və bu da, öz növbəsində, Xoyski hökumətinə dövlət qulluqçularının maaşını 10 faiz artırmağa, eləcə də xüsusi olaraq Maarif Nazirliyinin ehtiyacları üçün 22 min manat ayırmağa imkan vermişdi.

Hökumətin bir sıra tədbirlərinə baxmayaraq, inflyasiya prosesini dayandırmaq mümkün olmurdu. Vəziyyət bir də onunla çətinləşmişdi ki, qonşu Gürcüstan Cümhuriyyət hökumətindən Zaqafqaziya bonları buraxmasını tələb edirdi. 1918-ci il oktyabrın 28-də Nazirlər Kabinetinin iclasında Gürcüstan hökumətinin xahişi ilə növbəti Zaqafqaziya bonlarının kəsilməsi haqqında məsələ müzakirə olundu. Cümhuriyyət hökuməti əlavə olaraq daha 80 milyon kağız pul kəsməyə razılıq verdi və bunun əvəzində tələb etdi ki, həm ona olan borclar ödənilsin, həm də bu valyutanın bir hissəsi respublikada qalsın. Belə şəraitdə milli valyutanın yüksək məzənnəsini qoruyub saxlamaq çox çətin idi. Eyni zamanda, maliyyə-pul siyasətini formalaşdırmaq milli bank yaradılması məsələsini həll etmək lazım gəlirdi. Lakin Cümhuriyyət hökuməti bu problemi həll etmək üçün ilk növbədə ingilis komandanlığından asılılığı aradan qaldırmalı idi.

- Bəs belə bir mürəkkəb şəraitdə hökumət milli bank yaratmaq istiqamətində nə kimi cəhdlər göstərirdi? Onun planları nədən ibarət idi?

- Respublikada bank sisteminin formalaşdırılmasının əsas prinsipləri müəyyənləşdirildikdən sonra emissiyanın subyekti və yenı əsginasların xarici əlamətləri ilə bağlı məsələləri həll etmək mümkün oldu. Eyni zamanda, dövlətin emissiya siyasətinin tənzimlənməsi sahəsindəki cəhdləri milli bank sisteminin yaradılmasını gündəmə gətirirdi. Aydın olurdu ki, milli bank təsis edilməzsə, hökumət müstəqil maliyyə sistemini yarada bilməyəcək.

Azərbaycana gəldikdən sonra müttəfiqlərin komandanlığı faktiki olaraq bütün inzibati hakimiyyəti öz əlində cəmləmiş, bir çox mühüm strateji obyektlərin maliyyələşdirilməsini milli hökumətin üzərinə qoymuşdu. Təəccüblü deyil ki, iqtisadiyyatın mühüm sahələrindən olan bank sistemi ingilis komandanlığının nəzarəti altında idi. 1919-cu il yanvarın 3-də general-mayor Tomson Dövlət Bankının Bakı şöbəsinin açıldığını bildirdi və T.V.Hevelkeni öz nümayəndəsi təyin etdi. O, öz fəaliyyətinə görə Maliyyə Nazirliyi qarşısında hesabat verməyə borclu deyildi. Əsas funksiyası emissiya proseslərinə nəzarət etmək olan bank, eyni zamanda, yeni pul əmanətlərinin qəbulunu və kommersiya bankları ilə əməliyyatları da həyata keçirməli idi. İngilislər ölkədə bütün iri maliyyə əməliyyatlarının aparılmasında Rusiya Bankının Bakı şöbəsinin yeganə səlahiyyətli orqan kimi qalmasında təkid edir, alternativ layihələrlə heç cür razılaşmırdılar. Müttəfiq qoşunların komandanlığının nümayəndəsi polkovnik Nyukomb öz komandanlığının fikrini ifadə edərək birbaşa demişdi ki, Paris Sülh Konfransında yeni yaranmış müstəqil dövlətlərin məsələsi həll edilənə qədər, Rusiya Bankının Bakı şöbəsi neytral müəssisə olaraq qalmalıdır. Başqa sözlə, komandanlıq milli bankın gələcək taleyini bilavasitə Azərbaycanın dövlət müstəqilliyinin perspektivləri ilə bağlayırdı. Lakin hökumət bu fikirlə qəti razılaşmır, bankın müstəqil maliyyə qurumu kimi fəaliyyət göstərməsinin zəruriliyini bildirirdi. Ölkənin mal dövriyyəsi və iqtisadi-təsərrüfat həyatını möhkəmlətmək üçün isə hökumətin müvafiq nizamlayıcı maliyyə aparatı yalnız dövlət bankı ola bilərdi.

1919-cu ilin yanvarından ingilis komandanlığı ilə Azərbaycan hökuməti emissiya hüququnun məxsusluğu, daha müstəqil hökumət məzənnəsi mövzusunda qızğın diskussiyalara başladı. Bu məqsədlə hökumət maliyyə və digər iqtisadi məsələlər barədə xüsusi müşavirələrin keçirilməsi praktikasını tətbiq etdi. Həmin müşavirələrdə Dövlət Bankının Bakı şöbəsinin statusu, bank, komandanlıq və hökumət arasında qarşılıqlı əlaqələrin nizamlanması ölkə iqtisadiyyatının əsas məsələlərindən biri kimi daim gündəlikdə qalırdı.

Sovet Rusiyası Bankının Bakı şöbəsi, həmçinin əksəriyyəti Sovet Rusiyası banklarının filialları olan özəl qısamüddətli kredit bankları öz idarə heyətləri ilə əlaqələri kəsildikdən sonra yeni əmanətlər daxil olmadığına görə fəaliyyətlərini məhdudlaşdırdılar. Bundan başqa, kredit müəssisələrinə inamını itirmiş əhali də bu banklara öz vəsait və əmanətlərini qoymaqdan vaz keçirdi. Birləşdirici mərkəzi orqanın olmaması ucbatından ssuda-əmanət və kredit cəmiyyətlərinin də fəaliyyəti dayanmışdı.

- Bəs mühüm iqtisadi rıçaqlardan biri olan gömrük məsələləri necə tənzimlənirdi?

- Hökumət gömrük qanunvericiliyinin yaradılması sahəsində də bir sıra real addımlar atmışdı. Parlament gömrük sahəsində 20-dək qanun qəbul etmişdi. Nəticədə 1920-ci ilin əvvəlində respublikada formalaşmış dövlət gömrük xidməti mövcud idi. Bu qanunlara görə, bir sıra sərhəd məntəqələrində gömrük postları təşkil etmək nəzərdə tutulurdu. Parlamentin qərarı ilə 1919-cu il martın 27-də gömrük idarəsi yenidən quruldu. 1919-cu il 23 iyun tarixli qanunla Maliyyə Nazirliyinin nəzdində gömrük rüsumu şöbəsi təşkil edildi. Bu şöbə gömrük rüsumunu tənzimləməli idi. Eyni zamanda, idxal və ixrac edilən mallar üçün yeni qayda və tariflər müəyyən edən qanunlar, habelə "Gömrük sərhəd xidmətinin təşkil edilməsi haqqında" Qanun qəbul olunmuşdu. Bu qanunda Cümhuriyyəti qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə məqsədilə yerli əhalidən öz silah və atı ilə ştatdankənar xidmətçi kimi 992 keşikçidən ibarət 99 sərhəd postu qurulması nəzərdə tutulurdu. Bu sərhəd xidmətinin təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini dövlət gömrük idarəsi ilə uzlaşdırmaq üçün, mərkəzi orqan kimi, Maliyyə Nazirliyində xüsusi sərhəd keşiyi şöbəsi təsis edilmişdi.

- O dövrdə əhalinin sosial müdafiəsi deyilən bir anlayışı var idimi?

- Əlbəttə. Cümhuriyyət hökumətinin sosial siyasəti əsasən aşağıdakı istiqamətlərdə aparılırdı:

1.Fəhlə və dövlət qulluqçularının, ümumiyyətlə zəhmətkeş əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması;

2.Sahibkarlar və fəhlələr arasındakı münaqişələrin həll edilməsi;

3.Fəhlə qanunvericiliyinin hazırlanması;

4.Sosial təminat sahəsinin inkişafı, ilk növbədə pensiya və sığorta siyasətinin əsaslı surətdə formalaşdırılması;

5.Sosial problemlərin həlli və tənzimlənməsi istiqamətində müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa nail olunması, xüsusi olaraq sahibkarlar və fəhlələrin maraqlarını ifadə edən təşkilatlarla, həmkarlar ittifaqları ilə müvafiq birgə fəaliyyətin əlaqələndirilməsi.

Sosial problemlərin, ən başlıcası isə fəhlə məsələsinin tənzimlənməsi ilə həm parlamentin fəhlə komissiyası, həm də Əmək Nazirliyi məşğul olurdu.

Azərbaycan hökuməti dövlət qulluqçularının maddi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Parlament 1919-cu il mayın 12-də onlara müvəqqəti əlavə pul vəsaitinin verilməsi haqqında, 1920-ci il martın 15-də isə mülki və hərbi idarə qulluqçularının maaşlarının artırılması haqqında qanunlar qəbul etdi. Fəhlə və dövlət qulluqçularının maaşını artırmağa çalışan hökuməti vergi tariflərini də qaldırmağa məcbur olurdu.

Ümumiyyətlə, ölkədə müşahidə olunan siyasi qeyri-sabitlik, xarici təhlükənin mövcudluğu, Birinci Dünya müharibəsinin dağıdıcı nəticələri və Rusiyada cərəyan edən proseslər üzündən Azərbaycanın iqtisadi cəhətdən təcrid olunması, hakimiyyət strukturlarının fəaliyyətində dürüst əlaqələndirmənin olmaması sosial-iqtisadi islahatların keçirilməsini ləngidir, bu da iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxarırdı. Ancaq mənfi amillərin müvafiq təsirinə baxmayaraq, Xalq Cümhuriyyətinin rəhbərliyi ölkədə iqtisadi vəziyyətin yaxşılaşması, sosial problemlərin həlli istiqamətində ciddi addımlar atmağa cəhd edir, müxtəlif sosial proqramların həyata keçirilməsini planlaşdırırdı. Azərbaycanın liderləri hesab edirdilər ki, milli dövlətin varlığı və möhkəmləndirilməsi çoxukladlılıq bazasında yeni inkişaf modelinin qurulmasından asılıdır. Əsasən obyektiv səbəblərdən - xarici təzyiq və təcavüzün baş verməsi ucbatından onlar bu məqsədə nail ola bilmədilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər