DÜNYA


“Cebi” qasırğasına görə Yaponiyada 600-dək aviareys ləğv edilib

Bakı, 4 sentyabr, AZƏRTAC

Yaponiyanın 13 aviaşirkəti güclü “Cebi” qasırğasının yaxınlaşması ilə əlaqədar olaraq ölkənin mərkəzi və cənub-qərb hissəsi istiqamətlərində 589 aviareysi ləğv etdiyini bildirib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər ki, aviadaşıyıcılar Kansay bölgəsinin Osaka, Kobe kimi şəhərlərinə reysləri ləğv etmək məcburiyyətində qalıblar. Həmçinin ölkənin “West Japan” dəmir yolu şirkəti Osaka, Xirosima, habelə Honşu adasını Sikoku ilə birləşdirən yerlərə sürət və ekspress qatarlarını göndərməyi dayandırıb. Kanaqava və Tiba prefekturaları arasında bərə hərəkəti ləğv edilib.

Hazırda qasırğa Yaponiyaya cənub-şərqdən yaxınlaşır və şimala doğru irəliləyir. Qasırğanın mərkəzində təzyiq 945 hektopaskaldır. Küləyin gücü əsasən saniyədə 45 metrdir, arabir saniyədə 60 metrə çatır. Meteoroloqlar “Cebi”ni bu il ərzində ən güclü qasırğa hesab edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.