İQTİSADİYYAT


Cəbrayılda günəş elektrik stansiyası layihəsi “yaşıl enerji” sahəsində əməkdaşlığa mühüm töhfə verəcək

Bakı, 13 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının üzvü və Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı strateji münasibətlərin digər sahələrlə yanaşı, energetika sahəsində də uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Neft-qaz sahəsində uzunmüddətli strateji tərəfdaş kimi BP şirkətinin Azərbaycandakı fəaliyyətindən bəhs edilib, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasının birgə səylərin nəticəsi olduğu və bu istiqamətdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyi qeyd olunub.

Həmçinin Azərbaycanda enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması istiqamətində şirkət ilə əməkdaşlığın bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə yaratdığı imkanlar müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı görülən tədbirlər və bu ərazilərdə BP şirkəti ilə bərpa olunan enerji sahəsi üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Cəbrayıl rayonu ərazisində nəzərdə tutulan günəş elektrik stansiyası layihəsinin “yaşıl enerji” sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin iki ölkə arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında memorandumdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.