CƏMİYYƏT
Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
Bakı, 19 iyul, AZƏRTAC
İyunun 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb, zəruri müayinələrdən keçərək evə buraxılıb.
Agentlik bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:06]
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
- 24.04.2024 [13:02]
ABŞ nümayəndələri “ASAN xidmət”də olub
- 24.04.2024 [12:38]
AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib
- 24.04.2024 [11:53]
Aprelin 25-də hava əsasən yağmursuz keçəcək
- 24.04.2024 [11:30]
Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir
- 24.04.2024 [11:24]