İQTİSADİYYAT
Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının dəyəri açıqlanıb
Bakı, 16 mart, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətdə artıq müxtəlif layihələr həyata keçirilir. BP şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müəyyən təhlillər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
Layihənin investisiya dəyərinin təxminən 200 milyon dollar olduğunu söyləyən direktor deyib: “Bundan başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası planlaşdırılır. Artıq bu günədək 4 kiçik su elektrik stansiyası bərpa olunub. Həmçinin bu il beş kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur”, - deyə T.Əmmayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]