ELM VƏ TƏHSİL


“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı nəşr olunub

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda görkəmli dramaturq, istedadlı şair və yazıçı, istiqlal mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət sahələri, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” qəzetinin nəşri prosesində iştirakı, məhbus həyatı zəngin arxiv materialları əsasında tədqiq edilib.

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi isə Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.