Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Cəfər Cabbarlının cümhuriyyət dövrü

Cəfər Cabbarlının cümhuriyyət dövrü

Bakı, 10 aprel, AZƏRTAC 

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilir. Eyni zamanda, ədibin yaradıcılığı ədəbiyyatşünas alimlər tərəfindən yenidən tədqiq olunur, onun haqqında elmi məqalələr yazılır. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Cəfər Cabbarlının cümhuriyyət dövrü” sərlövhəli məqaləsi də 120 illiyə bir töhfədir. AZƏRTAC ənənəsinə sadiq qalaraq Cəfər Cabbarlıya həsr edilmiş bu yazını oxucularla bölüşür.

Çox az adam bilir ki, Cəfər Cabbarlı milli hökumət dövründə parlament iclaslarının stenoqrafı olub, siyasi motivlər əsasında 1923-cü ildə həbs olunub, bir neçə ay məhbəsdə qaldıqdan sonra müxtəlif şərtlərlə, ən əsası isə bundan sonra sovet hökumətinə qarşı heç bir çıxışlar etməyəcəyinə boyun olmaqla həmin ilin avqustunda azadlığa buraxılıb. Əslində, 24 yaşlı bir gəncin cümhuriyyət, türkçülük, millilik naminə hansısa bir nüfuzlu layihələrə qol ata, yaxud bu sarıdan necə ciddi fəaliyyət göstərə bilməsi bizi heyrətləndirməyə bilmir. Xüsusən də yaşı altmışı ötmüş oxucularımıza onun bir türkçü və müsavatçı kimi təqdimatımız qəribə görünməyə bilməz. Maraqlıdır ki, Cəfər Cabbarlı hələ 1915-ci ildə M.Ə.Rəsulzadənin təsisçiliyi ilə yaradılan, M.B.Məmmədzadə, S.Hüseyn, Ə. Cavad və başqa bu kimi türkçü əqidəli vətənpərvər ziyalıları ətrafına toplayan “Açıq söz” qəzetinin ən fəal nümayəndələrindən biri olub. 1916-1917-ci illərdə Türkiyənin Avropa dövlətlərinin cəngində sıxıldığı bir zamanda, Osmanlı imperatorluğunun dağılması ərəfəsində milli hərəkatın geniş vüsət aldığı illərdə baş verən hadisələri böyük can yanğısı ilə izləyib, o dövrdə qələmə aldığı üç pyesindən ikisini – “Trablis müharibəsi” (“Ulduz”) və “Ədirnə fəthi” əsərlərini bu mövzuya həsr edib, xalqın öz ərazilərini qorumaq uğrunda mübarizə əzmini uğurla təsvir etməyə müvəffəq olub.

Əsərdə alovlu nitqi ilə seçilən vətənpərvər hərbçi, istedadlı sərkərdə və alovlu natiq Ənvər obrazı yaradılır. Bu obraz 1918-ci ildə Bakının erməni-daşnak və bolşevik işğalından azad olunmasında müstəsna xidməti olan Qafqaz-İslam ordusunun komandanı Nuru paşanın qardaşı Ənvər paşanın prototipidir. Əsərdə onun əsgərlərə müraciətlə dediyi sözlər bu gün də orduda ruh yüksəkliyi yaratmağa qadirdir ki, faciənin yazıldığı anda xüsusən zəruri idi: “ - Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu heç hərbə girmədən bu qədər böyük məsafəni 3 günə piyada gələrkən sübut etdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum etmək, kimsəni tapdalamaq istəmədik və kəndimizin də tapdanmamıza yol vermərik. Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları! Qarışqalar kimi ayaq altında tapdanmağa həyatmı deyirik? Xayır, türk olduğunu anlayan hər bir kəs bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına təkyələnməyən bir millət yüksək dağlara belə dayanırsa, nəhayət yıxılacaqdır, …haydı qardaşlar, qəhrəman əsgərlər”.

Heç təsadüfi deyil ki, Bakının azad olunmasından sonra Nuru paşanın şərəfinə təşkil olunan tədbirdə məhz C.Cabbarlının “Ədirnə fəthi” əsəri tamaşaya qoyulub və deyilənə görə, Nuru paşa qardaşının qəhrəman obrazını səhnədə gördükdə heyrətlənib. O zaman Rusiyada baş verən siyasi qalmaqallar, 1918-ci ilin martında Azərbaycanda bolşevik havadarlarına arxalanıb kommunist bayrağı altında soyqırımı aktı törədən ermənilərin vəhşilikləri də Cabbarlının yaradıcılığında əksini tapıb. Bu illərin qanlı hadisələrini özündə ehtiva edən “Bakı müharibəsi” əsəri hazırda əlimizdə olmasa da, təkcə əsərin adı, mövzusu və mündəricəsi haqqında məlumatımız onu deməyə imkan verir ki, dramaturq xalqının, millətinin ağrı-acısını duyan, onun dərdinə şərik olan, eyni zamanda, onun gələcəyinə ümidlə yanaşan sənətkardır. Bu qırğın onu daim düşündürüb, ixtişaşların səbəblərini arayan sənətkar hadisələrin tarixi ardıcıllığını araşdırarkən sələfi Nəriman Nərimanovla eyni fikrə gəlibdir. Sonralar 1931-ci ildə Cəfər Cabbarlının “1905-ci ildə” əsərini yazması da zahirən xalqlar dostluğunu ifadə etmək məqsədi daşıyırdısa, əslində, bunda əsl məram bu iki xalq arasına nifaqın məhz rusların salmasını, müharibə fitnəkarının çar siyasəti olmasını göstərmək idi. Əsərdən də göründüyü kimi, müəllif 12-ci şəklində Allahverdi, İmamverdi və Aramın mehribancasına adi məişət söhbəti aparması zamanı güllə səsinin gəlməsini verir, elə bu dəm Allahverdinin dilindən: “Atan kazaklardır…” ifadəsini işlədir. Nəriman Nərimanov da özünün “Bir kəndin sərgüzəşti, yaxud “Əmi” adlı əsərində metaforik dillə suyu üçüncü birisinin bulandırdığı qənaətinə gəlir.

Artıq 1918-ci ilin may ayında mili hökumət qurulduqdan sonra Cabbarlı yaradıcılığında da bir yüksəliş müşahidə olunur, həm ədəbi, həm də ictimai fəaliyyətində inam hissi güclənir. Tək bircə “Azərbaycan bayrağına” şeiri onun milli bağımsızlığa vurğunluğunu ifadə etmək üçün kifayət edər.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucuşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə sevilmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli “od yurdu”,

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Bu şeir o dövrdə qələmə alınan Azərbaycan bayrağına həsr olunan ən mənalı təsvir, ən dolğun vəsiqədir. Əsər təkcə müəllifin vurğunluq hissini deyil, eyni zamanda, milli vətənpərvərlərin qürur və sevinc əhval-ruhiyyəsini də ifadə edir. Sonralar müstəqilliyini bərpa etdiyi kimi, bayrağını və himnini də yenidən qaytaran gənc azərbaycanlılar üçrəngli, aylı-ulduzlu bayrağın rəmzi anlamını daha dəqiq məhz bu şeirdən öyrənə bildi. 1920-ci il aprelin 27-də parlamentin hakimiyyəti dinc yolla Azərbaycan bolşeviklərinə təhvil verməsi, azadlığın qoxusunu belə dadmamış başqa soybir qardaşlarından fərqli olaraq özgürlüyün dadını bilən azərbaycanlıların müstəqilliyini itirməsi C. Cabbarlını sarsıtdı. Sözügedən tarixdə milli təəssübkeş olan gənclər M.Ə. Rəsulzadənin evində “Gənc müsavatçılar” təşkilatını yaratdı. Həmin gizli təşkilatın katibi Cəfər Cabbarlı, sədri isə onun məktəbdən belə tanıdığı Mirzə Bala Məmmədzadə idi ki, onun bir sıra yığıncaqları Cabbarlıların bağ evində keçirilibdir. Təşkilatın qeyri-leqal mətbu orqanı olan “İstiqlal” qəzetinin də ən fəal müəlliflərindən biri məhz Cəfər Cabbarlı olub. Elə yuxarıda sadaladığımız səbəblər ucbatından 1920-1926-cı illər azadlıq aşiqi Cabbarlının yaradıcılığında bir mənəvi böhran, axtarış məqamı olub. Bu illər ərzində o, tərcüməçiliklə məşğul olub, ali təhsil almaq haqqında düşünüb və bunu reallaşdırıb. Cəfər Cabbarlının 1919-cu ildə yazmağa başladığı və artıq yeni rejim çərçivəsində (1921-ci il) tamamladığı “Aydın” əsərində müəllifin yeni quruluşa qarşı olan münasibəti baş qəhrəmanın çıxışlarından üstüörtülü olsa da, hiss olunmaqdadır. Əqidəsiz, quru vədlərə inanıb inqilaba qalxan kütləni Aydın “qoyun sürüsü” adlandırır. O, Dövlət bəyin otağının qapısını qırmağa cəhd edən işçilərə müraciətində deyir: “Durun, zavallılar! Siz bütün yaşayışı, həyatın bütün gözəlliyini, bütün bu iztirab, bu göz yaşlarını bir qarın çörəyəmi fəda etmək istəyirsiniz? Sonra yeyib yatmaq, yenə yemək, yenə yatmaq - sizcə həyatdırmı? Həyat göz yaşlarından ibarətdir ki, onun da saqisi ancaq onlardır”…

Göründüyü kimi, Aydın hakimiyyət dəyişikliyinin heç də elə böyük bir fərqə səbəb olmayacağını deyir. C.Cabbarlının Aydına qarşı qoyduğu əks qütbdə dayanan obrazı məhz “Dövlət” adlandırması da təsadüfi deyil. Yəni bir dövlətin başqa biri ilə əvəz edilməsi hələ azadlıq demək deyil. Əsl azadlıq müstəqillikdir. Bir vətənpərvər və tərəqqisevər insan olan Cabbarlı şura hökumətinin ağlabatmayan tələbləri içərisində də daha dünyəvi məsələləri tapmağa - qadın azadlığı, savadsızlığın ləğvi, köhnə, vaxtı ötmüş adətlərin tənqidi, xalqlar dostluğu və tolerantlıq kimi önəmliləri üzə çıxarmağa müvəffəq olur, onlara yetəri münasibət “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar” və s. kimi əsərlərində yer alır. Cabbarlı adı gedən mövzulara həsr etdiyi əsərlərində də, əslində, öz vətəndaşlıq təəssübkeşliyindən əl çəkmir, yeri gəldikcə obrazların dilindən, replikalarla mövcud quruluşa, onun qərəzli siyasətinə olan etirazını da ifadə edir. Daha çox 1927-ci ildə qələmə alınan “Od gəlini” əsərində M. F. Axundzadənin həqiqəti söyləmək təlimatına uyğun olaraq hadisələrin yerini və zamanını dəyiş ideyasına sadiq qalır. Eramızın IX əsrlərində baş vermiş Xürrəmilər hərəkatını simvolik olaraq cümhuriyyət dövrü hadisələrini təsvir etmək üçün əsas alan müəllif Elxanın simasında milli demokratik qüvvələri, Aqşinin simasında əqidəsində aldanan kommunist meyilli buyruq qullarını, Solmazın simasında isə təhlükədə olan Vətən namusunu ümumiləşdirir. Məlumdur ki, burada yad din və adətlər qəbul olunmaz mənəvi dəyərlərdəndir, əsərdəki hadisələri reallığa köçürsək, qəbul olunmayan özgələrdən dəstək alan yeni dövlətçilik hərəkatıdır. Nəzərə alsaq ki, din də, siyasət də ideoloji faktordur, onda sözügedən əsərdə rahat paralellər aparmaq mümkündür. Elxanın əsərin sonundakı monoloqundan bəzi cümlələri müəyyən ixtisarla oxusaq, bu etirazın 20-ci illərlə bağlı olduğunu rahat görərik: “La ilahə illəllah! … Yalnız mən demirəm. Yalnız mən, bir günəşin telləri, bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyətin bu qardaşlıq və azadlıq bayrağı altında tək qalıb, son nəfəsimdə də, deməyib, sizə və bütün insan qəssablarına qarşı ucadan deyirəm: “Yoxdur allah, yoxdur allah!”. Əgər bu parçadakı “La ilahə illəllah əvəzinə, “kommunizm rejimindən savayı, azadlıq yoxdur” ifadəsi, “yoxdur allah, yoxdur allah!” əvəzinə isə, “yoxdur azadlıq, yoxdur azadlıq” işlətsək fikrimiz aydın olar. Yaxud bir az öncə əsərdə Aqşinin Elxana “Qarşında iki yol var: Quranlı Solmaz, yaxud bayrağının altından görünən ölüm”, - təklifi müqabilində Elxanın “Mənim üçün bu bəyazı qucmuş Solmaz, yarpaqlarına qan çilənmiş bir çiçəkdən başqa bir şey deyildir”, - cavabı məsələni daha da aydınlaşdırır. Elxanın söylədiyi: “Mən qan sovuran allahlara, sümük gəmirən tanrılara baş əymirəm”, Qoy bütün tarix, qoy gələcək azad bəşəriyyət bilsin ki, öz böyük əməlim uğrunda öz doğma qardaşıma qarşı mən də silahsız deyiləm”, - ifadələri əslində Cəfər Cabbarlının bizə - gələcək Azərbaycanın azad vətəndaşlarına bir səslənişi idi. Çünki Cəfər Cabbarlının 1920-ci ildən ölümünədək qələmə aldığı əsərlərini təhlil etdikdə görürük ki, o, heç vaxt sovet rejiminin təbliğatçısı olmayıb, heç vaxt bu quruluşu tərənnüm etməyib, yəni başqaları kimi ideologiyanın qurbanına çevrilməyibdir. O, milliliyi - türkçülük və islamçılığı müasirləşmə çərçivəsində qəbul edib, üstüörtülü olsa da, təbliğ edən mütərəqqi fikirli ziyalılarımızdan olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib