DÜNYA


Ceff Bezos “Amazon”un bir milyon səhmini 3,1 milyard dollara satıb

Bakı, 6 avqust, AZƏRTAC

“Amazon.com Inc” rəhbəri Ceff Bezos kompaniyanın bir milyon səhmini 3,1 milyard dollardan baha qiymətə satıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat kompaniyanın avqustun 5-də Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya (SEC) göndərdiyi sənəddə yer alır.

Bu il bir müddət öncə Ceff Bezos “Amazon” kompaniyasının 4,1 milyard dollarlıq səhmlərini də satmışdı.

Qeyd edək ki, koronavirus infeksiyası səbəbindən elan olunan pandemiya şəraitində internet-riteyler xidmətlərinə tələbatın kəskin artması fonunda “Amazon” kompaniyasının səhmləri 73 faiz bahalaşıb. Beləliklə, “Bloomberg Billionaires” indeksinə görə, Ceff Bezosun varidatı 74,9 milyard dollar artaraq 189,8 milyard dollara çatıb. Hazırda “Amazon”un rəhbəri kompaniyanın 54 milyondan çox səhminə sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.