DÜNYA


Ceff Bezos kosmosun “müstəmləkələşdirilməsi” planları barədə danışıb

Vaşinqton, 10 may, AZƏRTAC

Milyarder Ceff Bezos cümə axşamı Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı kosmosun “müstəmləkələşdirilməsi” barədə planlarını açıqlayıb. Bezos özünün kosmik uçuşlarla məşğul olan “Blue Origin” şirkətinin qapalı layihələri haqda danışıb. O, həmçinin planetlərarası səyahətlər və “müstəmləkə”lərin məskunlaşdırılması üçün inşaat blokları yaradılması barədə öz planını elan edib.

Mətbuat konfransında “Biz kosmosa yol salmağa hazırlaşırıq”, - deyən Bezos daha sonra əlavə edib ki, “müstəmləkələr”in necə tikiləcəyini hələ bilmir, amma bu hədəfə nail olmaq üçün müəyyən parametrlər var və “Blue Origin” şirkəti bu ideyanın reallaşdırılmasında birinci olacaq. Yer kürəsini “ən yaxşı planet” kimi dəfələrlə tərifləyən Bezos, eyni zamanda, bizim planetimizdə aclıq, yoxsulluq, ətraf mühitin çirklənməsi və enerjinin səmərəsiz istifadəsi kimi mühüm problemlərə görə nigaran olduğunu bildirib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.