MƏDƏNİYYƏT


Ceki Çan Çin aktyorlarını yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb

Bakı, 14 mart, AZƏRTAC

Dünya şöhrətli aktyor Ceki Çan Çin Xalq Siyasi Məşvərət Şurasının iclasında çıxışı zamanı aktyorlara müraciət edərək, onları yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The China Daily” qəzeti yazıb.

Aktyorun fikrincə, kino sənayesinin nümayəndələri yoxsulluğun aradan qaldırılması üçün öz nüfuzundan istifadə etməlidirlər.

C.Çanın sözlərinə görə, onun özü problemin həlli üçün səy göstərir. Məsələn, ötən ilin sentyabr-dekabr aylarında 29 qrup təşkil edib. Məşhur insanların başçılıq etdikləri bu qruplar Çinin yoxsul rayonlarında imkansız əhaliyə yardım göstərməyə çalışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.