İQTİSADİYYAT


Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir

Bakı, 19 iyul, AZƏRTAC 

Nəsimi rayonu ərazisindəki Cəlil Məmmədquluzadə küçəsində alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Məlumata əsasən, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür. Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub və hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.

Çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavansı sındığından müvəqqəti yolda çökmə baş verib.

Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.