Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Cəlil Məmmədquluzadə ucalığı

Cəlil Məmmədquluzadə ucalığı

Bakı, 11 iyul, AZƏRTAC

“Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamı görkəmli ədibin irsinə göstərilən yüksək hörmət və ehtiramın, dərin məhəbbət və qayğının bariz ifadəsidir. Sərəncama əsasən respublikanın elm və təhsil müəssisələrində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir, eləcə də böyük yazıçının özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edən, dərin humanist məzmuna malik olan qiymətli dram və nəsr əsərləri, parlaq publisistikası haqqında məqalələr yazılır.

AZƏRTAC AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Cəlil Məmmədquluzadə ucalığı” sərlövhəli məqaləsini təqdim edir.

Görkəmli yazıçı və dramaturq, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mətbuatının nüfuzlu nümayəndələrindən biri Cəlil Məmmədquluzadə ədəbiyyatımızın inkişafı, ana dilimizin saflığı uğrunda fədakarcasına mübarizə aparan, xalqın milli düşüncəsinin formalaşmasında xüsusi xidməti olan ədəbi simalardandır. Çoxşaxəli yaradıcılığını Azərbaycan xalqının, onun dilinin, mədəniyyətinin inkişafına həsr edən Mirzə Cəlil elmi-ictimai həyatda yüksək zirvələr fəth edib.

Bəli, Azərbaycan ədəbiyyatının klassiklərinin ədəbi irsinə, onların yaradıcılığının elmi tədqiqinə dövlət tərəfindən həmişə böyük həssaslıqla yanaşılıb, geniş məkanda təbliğinə şərait yaradılıb, onların adları əbədiləşdirilib və heykəlləri ucaldılıb. Böyük realist yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı əvəzsiz xidmətləri də dövlət səviyyəsində həmişə yüksək qiymətləndirilib. Onun əsərləri bir sıra dillərə tərcümə edilib. Xatirəsini əbədiləşdirmək üçün Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə Cəlil Məmmədquluzadənin adı verilib. 1967-ci ildə Mirzə Cəlilin şərəfinə keçmiş Astraxan rayonu və şəhəri Cəlilabad, Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb, Naxçıvanda və Cəlilabadda heykəli ucaldılıb. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində böyük ustadın xatirə muzeyləri açılıb.

1999-cu ildə ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında iştirak edib. Ölkəmizdə görkəmli ədib Mirzə Cəlilin anadan olmasının 100, 125, 140 illik yubileyləri təntənəli şəkildə qeyd olunub.

Ulu Öndərin layiqli davamçısı - ölkə başçısı İlham Əliyevin 2006-cı il yanvarın 23-də imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən görkəmli ədibin yaratdığı həmin satirik jurnalın 100 illiyi dövlət səviyyəsində qeyd edilib.

Mirzə Cəlilin nəşr etdirdiyi “Molla Nəsrəddin” məcmuəsi Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərib, Vətənə bağlılığı, ana dilinə sevgisi ilə seçilib, Azərbaycanın ictimai fikrinin formalaşmasında müstəsna rol oynayıb.

Cəlil Məmmədquluzadənin çoxcəhətli və zəngin ədəbi irsinə yüksək qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir".

Böyük ədibin nəşr etdirdiyi “Molla Nəsrəddin” məcmuəsi M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı, Ə.Nəzmi kimi Azərbaycan ədəbiyyatının öncül yazıçı və şairlərini öz ətrafında toplayaraq onları geniş oxucu kütləsinə tanıtdırıb.

“Molla Nəsrəddin” məcmuəsi geniş oxucu kütlələrinin zövqünü oxşayırdı, dili sadə və təbii idi. Görkəmli ədib yazırdı: “Bu dil ki, biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümumi türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyildik. Bizim şüarımız dil yaratmaq deyil, ancaq öz fikrimizi, dərdi-dilimizi camaat başa düşən asan bir dildə Azərbaycan türklərinə yetirmək idi”.

Jurnalda dini rəzalətdən xilas olmağa çağıran, imperializmi ifşa edən, ana dilini, qadın azadlığını təbliğ edən əsərlərə geniş yer verilirdi. Cəlil Məmmədquluzadə məcmuədə “Köhnə dərdim” məqaləsində qadın azadlığı məsələsinə toxunurdu: “Şərq qadını məsələsi mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən…”

Mirzə Cəlil ana dilinin saflığı, sadə, canlı xalq dili, yad ərəb, fars, osmanlı ünsürlərin dilimizdən çıxarılması uğrunda yorulmadan mübarizə aparıb. Görkəmli dramaturq bu haqda yazırdı: “Biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilimizdə yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı “ana” da yazırıq. “Ana”nı “madər” yazanlar və “ata”nı “pədər” yazanlar qeyri-Azərbaycan sözlərini və habelə səbəbsiz yerə fars və ərəb sözlərinə dəyişdirdilər və hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indi də yeyirlər”.

Böyük ədib “Əlifba”, “Dil”, “Bizim obrazovannılar”, “Osmanlı dili”, “Dili tutulub”, “Sirkə” və “Mustafabəy Əlibəyov” adlı felyetonlarında ana dilinə və bu dildə danışanlara xor baxanları, sadə xalq dilində yazmağı, danışmağı savadsızlıq sayanları kəskin şəkildə tənqid edib. O yazırdı: “Bir məqalə, yaxud bir məktub yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımın içində bacardıqca fars və ərəb kəlməsi işlədim. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəxəssis adamlar sadə yazmağı eyib tutublar. Hər kəs yüzdən doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə, heç kəs ona alim deməyəcək, avamın və kəndlinin canı cəhənnəmə! Mənə çox lazımdır ki, o mənim yazdıqlarımı başa düşəcək, ya da düşməyəcək! Mənə ancaq bu lazımdır ki, mənim yazılarımı oxuyanda desinlər: pəh-pəh, gör ərəb dilini nə yaxşı bilir!”

Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının 13 yanvar 1913-cü il tarixli 1-ci sayında çap olunan "Əlifba" məqaləsində də ana dilində danışanlara xor baxanları tənqid atəşinə tutub: "... Bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz dilimizdə danışmaqdan utanırıq. Və balaca oğlumuz 4 yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə alsın. Bəli, bu 4 yaşında oğlumuz gərək 10 ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlmanzad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı aldı və inşallah bunların yenə 4 yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin. Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili? Qardaş zarafat deyil ki, dilimizdən iyrənirik vəssalam!"

Cəlil Məmmədquluzadə, həmçinin demokratizm və azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayıb.

Böyük ədib "Molla Nəsrəddin" jurnalının 27 noyabr 1917-ci il 24-cü sayında çap olunan və azərbaycançılıq konsepsiyasının bəyannaməsi adlandırılan “Azərbaycan” məqaləsində yazırdı: “Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı… buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim Vətənimiz?”

Cəlil Məmmədquluzadənin dərin məzmunlu, tərbiyəvi önəm daşıyan, azərbaycançılıq əqidəsinə və düşüncəsinə həsr olunan "Anamın kitabı" pyesi haqqında Mirzə Cəlilin böyük tədqiqatçısı, akademik İsa Həbibbəylinin mülahizəsi diqqətəlayiqdir: “...Anamın kitabı” – milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının əsas yaradıcılarından olduğunu isbat etmişdir. Bütün bunlara görə, "Anamın kitabı” dramı Azərbaycan ədəbiyyatının ən möhtəşəm azərbaycançılıq abidəsidir. Bu əsər Azərbaycan ədəbiyyatının sonrakı inkişafına çox təsir göstərmiş, bədii düşüncədə və ictimai fikirdə azərbaycançılığın genişlənməsində mühüm rol oynamışdır. "Anamın kitabı”ndan Azərbaycan ədəbiyyatına gur işıq düşmüşdür”.

Mirzə Cəlil həm də ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoymuşdur. Xalqın vətənpərvərlik, azadlıq ruhunda maariflənməsi, demokratik cəmiyyət quruluşunun mahiyyətini açılması görkəmli ədibin məşhur "Cümhuriyyət'' məqaləsində öz əksini tapıb: "Cümhuriyyət elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birlik azadlığı, söz azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik, seçki üsulunda həmrəylik, bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır”.

Böyük ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı Məmməd Cəfər, Qulam Məmmədli, Əziz Mirəhmədov, Əziz Şərif, İsa Həbibbəyli kimi görkəmli ədəbiyyatşünaslar tərəfindən müfəssəl şəkildə öyrənilib.

XX əsrin əvvəllərində məktəblərin açılması, ana dilində kitab və dərsliklərin hazırlanması, mətbuatın genişlənməsi, mədəni təşkilatların yaranması və s. ədəbi dilin inkişafına təsir edən ən mühüm faktorlardan biridir. Qeyd etməliyik ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad kimi görkəmli ədib və ictimai-siyasi xadimləri ədəbi dil uğrunda daim mübarizə aparırdılar.

XX əsr Azərbaycan ədəbiyyatında müstəsna xidmətlər göstərən, xalqımıza zəngin, mədəni irs bəxş edən, ölməz əsərləri ilə xalqı mədəni inkişafa aparan, görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin xatirəsi daim ürəklərdə ucalacaqdır.

Məqaləni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyеvin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və irsinə verdiyi ən yüksək dəyərlə bitirirəm: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o, bizim müasirimizdir, o, bu gün bizimlədir, bizim sıramızdadır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik