MƏDƏNİYYƏT


Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd edilib

Bakı, 15 may, AZƏRTAC

Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə “Zəmanəsinin qəhrəmanı” adlı tədbir keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri muzeyin baş elmi işçisi Ləman Mikayılova açaraq görkəmli ədibin yubileyinin keçirilməsi barədə Prezidentin müvafiq Sərəncamını xatırladıb.

Muzeyin əməkdaşı Xatirə Əliyeva C.Məmmədquluzadənin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Şəhər 1 nömrəli məktəb-liseyin şagirdləri ədibin “Anamın kitabı” əsərindən hazırlanmış səhnəcik göstəriblər.

Tədbirdə həmçinin C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin əsasında çəkilmiş “Qəm pəncərəsi” filmindən fraqmentlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.