CƏMİYYƏT


Cəlil Xəlilov: Azərbaycan dövləti vətəndaşlarının rifahını daim diqqət mərkəzində saxlayır

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bütün sahələrdə davamlı inkişafın bir-birini əvəzləməsindən xəbər verir. Dünyaya nümunə olan Azərbaycanın sosial-iqtisadi inkişaf modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Sosial-iqtisadi sahədə müdafiənin gücləndirilməsi milli təhlükəsizliyinin bütün sahələrinin yüksək təminatının bariz göstəricisidir.

Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.

C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirilən fikirlər reallığı olduğu kimi əks etdirməklə yanaşı, qısa müddətdə yeni nailiyyətlərində əldə ediləcəyindən xəbər verir. Sosial sahədə atılmış addımlar dörd milyondan çox vətəndaşı əhatə edir. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edib. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artımı əhalinin sosial iqtisadi vəziyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Dövlətimizin başçısının qeyd etdiyi sosial sahənin prioritetliyi məsələsi və hər zaman bu sahənin diqqət mərkəzində olması danılmaz faktdır. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir. Qürurla deyə bilərik ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab edilməlidir. Azərbaycanın siyasəti xətti isə sosialyönümlüdür.

“Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə sübut edir ki, ümumilikdə 2019-cu ildə imzalanan qanunvericilik aktları pensionerlərin, əlillərin, müharibə veteranlarının, aztəminatlı ailələrin həyatında müsbət dəyişikliklərə səbəb olub. Keçirilən müşavirə bu sahədə həyata keçirilən islahatların nəticələrinin daim izlənməsinin və diqqət mərkəzində olmasının təsdiqidir. Bütün bunlar, ilk növbədə, Azərbaycanda xalq-dövlət birliyindən, inkişaf etmiş, rəqabətə davamlı iqtisadiyyatdan xəbər verir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti veteranlar da daim dəstəkləyirlər. Xüsusən sonuncu müşavirədə səsləndirilən fikirlər sosial sahədə əhəmiyyətli irəliləyişlərin olduğunu göstərir və xalqın hər bir nümayəndəsi kimi veteranlarda da gələcəyə yüksək inam ifadə edir. Odur ki, veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi işində bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.