CƏMİYYƏT


Cəlil Xəlilov: Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi Qələbəmizə böyük töhfə verib

Bakı, 18 avqust, AZƏRTAC

18 avqust Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramıdır.

Bu tarixi günlə bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr Zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub.

O sərhədçilərin göstərdiyi qəhrəmanlıqlarına diqqət çəkərək deyib: “2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi DSX-nin Sərhəd Qoşunları da yaxından iştirak edib, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib.

Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və sair yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynayıb. Düşməni həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoyub. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşüb, şəhərin azad edilməsinə böyük töhfə verib. Qürurvericidir ki, sərhədçilərimiz bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.

18 avqust peşə bayramı münasibətilə bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.