CƏMİYYƏT


Cəlil Xəlilov: Respublika veteranları Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında imzaladığı Sərəncam ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir.

Bu sözləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib.

C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə martın 16-da imzaladığı əfv Sərəncamı 431 nəfərə şamil edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

“Sərəncam Cinayət Məcəlləsinin demək olar ki, bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının fəaliyyətinin ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Təşkilatın sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi. Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir. Respublika veteranları imzalanan əfv Sərəncamını yüksək qiymətləndirir və inanır ki, əfv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.