Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəlil Xəlilov: Veteranlarımız Azərbaycanın inkişafına öz töhfələrini verirlər

Cəlil Xəlilov: Veteranlarımız Azərbaycanın inkişafına öz töhfələrini verirlər

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov son illərdə təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

-Cəlil müəllim, ilk sualımız təşkilatın qarşıda gözlənilən plenumu ilə əlaqədardır. Bu, əvvəlcədən planlaşdırılmışdı, yoxsa hansısa zərurətlə bağlıdır?

-Respublika Veteranlar Təşkilatının plenumları nizamnaməyə uyğun olaraq, ildə bir dəfə, adətən noyabrda, yaxud dekabrda keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Növbəti plenum da bu baxımdan əvvəlkilərdən fərqlənmir. Bu imkandan istifadə edərək, noyabrın 22-də keçiriləcək həmin tədbirə media nümayəndələrini də dəvət edirik.

-Təşkilatın 2016-cı ildəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Respublika Veteranlar Təşkilatının fəaliyyəti illik Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq, bir neçə istiqamət üzrə həyata keçirilir. Əlbəttə, hər il bizim əsas tədbirimiz İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə veteranları ilə görüşünün təşkilinə hazırlıqla bağlı olur. Bu il mayın 9-da faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan Prezidentinin İkinci Dünya müharibəsi veteranları ilə görüşü oldu.

Bu görüşə hazırlıqla bağlı cari ildə də ölkənin bütün şəhər və rayonlarında, orta və ali məktəblərində, o cümlədən hərbi yönümlü təhsil ocaqlarında, müxtəlif təşkilatlarda, idarə-müəssisələrdə silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə İkinci Dünya, Qarabağ və Əfqanıstan müharibələri veteranları, rayon veteran təşkilatları, yerli icra orqanları və ictimaiyyətin nümayəndələri, gənclər və ziyalılar iştirak ediblər. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Kaspi liseyində, Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin akademiyalarında, Milli Qvardiyada, Dövlət İqtisad, Odlar Yurdu, Bakı Slavyan, Qərb universitetlərində, Dövlət Uşaq Filarmoniyasında və Xalça Muzeyində keçirilən tədbirləri xüsusi qeyd etmək istərdim.

Ölkə veteranlarının Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri ilə geniş tərkibdə görüşü, cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar “Biz Azərbaycan əsgərinə, Ali Baş Komandanımıza və parlaq qələbəmizə inanırıq”, “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” mövzusunda elmi–praktik konfrans və digər tədbirlər, habelə İkinci Dünya müharibəsində Moldovada həlak olmuş və itkin düşmüş azərbaycanlı döyüşçülərdən 206 nəfərin taleyinin aydınlaşması münasibətilə nəşr edilmiş xatirə kitabının təqdimatı ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Təşkilatımız Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar keçirilən tədbirlərdə də fəal iştirak edib. Biz referendumla əlaqədar “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun yaradılmasının ilk təşəbbüskarlarından olmuşuq.

-Təşkilat veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nə kimi təşəbbüslər irəli sürür? Bu sahədəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?

-Veteranların sosial müdafiəsinin gücləndirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin tapşırığına əsasən hazırlanan “Veteranlar haqqında” Qanunun 1994-cü ildə qəbulu ilə ölkədə veteran hərəkatının dirçəldilməsi dövrü başlayıb. Hazırda bu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başlıca hədəflər və məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi ilə vətənpərvərliyin təşviq olunmasıdır. İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcminin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı Sərəncam və fərmanlar bu insanlara dövlət qayğısının əyani sübutlarıdır.

Veteranların yaşayış səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan faydalanmaları, asudə vaxtlarının səmərəli təşkili və sair işlər müvafiq dövlət orqanları, yerli icra hakimiyyətləri və bələdiyyələrlə qarşılıqlı əlaqədə həyata keçirilir. Bir faktı qeyd edim ki, bu məsələlər barədə ötən 11 ay ərzində təşkilata daxil olmuş 100-dən çox müraciətlə bağlı əlaqədar təşkilatlara məktublar göndərilib, problemlər əsasən həll olunub.

Bu il Prezident İlham Əliyevin Respublika Veteranlar Təşkilatına ayırdığı vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan İkinci Dünya müharibəsi veteranlarına çatdırılması ilə bağlı təşkilatın rəyasət heyətinin qərarı ilə lazımi işlər aparılıb. Artıq Bakının rayonları üzrə ayrılmış müvafiq maddi yardımlar əməkdaşlarımızın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə veteranlara çatdırılıb.

Təşkilata hər gün neçə-neçə veteran üz tutur. Biz onları məmnuniyyətlə dinləyir, problemlərinin həllinə kömək göstərməyə çalışırıq. Qaldırılan problemlərin həlli səlahiyyətlərimiz çərçivəsində olmadığı hallarda dövlət orqanları və təşkilatlar bizə imkan daxilində kömək edilər.

Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılıb, bir qrup veteran ölkəmizin sanatoriya-kurort müəssisələrində müalicə alıb, onların Şahdağa və Qobustana səfərləri təşkil edilib.

Çoxsaylı müraciətləri nəzərə alaraq, veteranların bəzi imtiyazlarının bərpası barədə müvafiq dövlət orqanlarına müraciət etməyi nəzərdə tuturuq.

-Təşkilatınızın nümayəndələri tez-tez cəbhə xəttində olur, xidməti borcunu şərəflə yerinə yetirən əsgər və zabitlərimizlə görüşürlər. Bu ənənəniz digər ictimai birliklərə də nümunə ola bilər.

-Bütün ictimai təşkilatların, dövlət orqanlarının, hər bir azərbaycanlının ən ümdə borcu bu gün işğal altında olan torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün bacarığını əsirgəməməsidir. Son illər Azərbaycanda güclü ordu quruculuğu istiqamətində atılan uğurlu addımlar bizim bu vəzifənin öhdəsindən şərəflə gələcəyimizə olan inamı daha da artırıb. Aprel döyüşlərində Azərbaycan əsgəri düşmənə sarsıdıcı cavab zərbə endirərək xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifə yazdı. Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Veteranlar həmin hadisələrlə bağlı yaydıqları bəyanatda yaşlarının bu çağında da düşmənlə vuruşmağa hazır olduqlarını ifadə ediblər. Bu qəti mövqe həmin hadisələrdən əvvəl də, sonra da birbaşa cəbhə xəttində olan hərbçilərimiz qarşısında dəfələrlə səsləndirilib, gənclərimizin döyüş ruhunu daha da artırıb.

Biz Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğunun müvafiq idarələrinin əməkdaşları ilə birgə cəbhə xəttində və ona yaxın ərazilərdə vaxtaşırı tədbirlər keçiririk.

Eyni zamanda, təşkilatımızın üzvləri gənclərin həqiqi hərbi xidmətə hazırlanmasında da əllərindən gələni əsirgəmirlər. Onlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” mövzusunda rayonlarda keçirilən silsilə tədbirlərdə fəal iştirak ediblər.

Təşkilatımız bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihə çərçivəsində ölkənin dörd regionunda və Bakıda seminar-müşavirələr keçirib.

Biz bunlarla yanaşı, düşmənin əsl simasının, işğalçılıq siyasətini davam etdirməsinin ifşası, yerli və dünya ictimaiyyətinin bu barədə müntəzəm məlumatlandırılması istiqamətində də ardıcıl iş aparırıq. Belə tədbirlərdən biri cari ilin iyununda Respublika Veteranlar Təşkilatında keçirilib. Həmin tədbirdə İkinci Dünya müharibəsində alman faşizminə xidmət etmiş ermənilərdən ibarət qisasçı legionun yaradıcıları - general Dronun və Qaregin Njdenin MDB məkanında genişmiqyaslı təbliğatına, onların qəhrəman kimi təqdim edilməsinə, barələrində filmlərin çəkilməsinə, Yerevanda abidələrinin qoyulmasına veteranlarımızın etirazını əks etdirən müraciət qəbul olunub. Həmin müraciət MDB ölkələrinin dövlət başçılarına, parlamentlərinə, beynəlxalq qurumlara, veteran təşkilatlarına göndərilib. Müraciətə Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın dövlət orqanlarından, ictimai təşkilatlardan ermənilərin həmin hərəkətlərini qınayan cavablar gəlib.

-Respublika Veteranlar Təşkilatının beynəlxalq əməkdaşlıq əlaqələri barədə də məlumat verməyinizi xahiş edirik. Bu əlaqələrin səviyyəsi qənaətbəxşdirmi?

-Respublika Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz intensivləşib. Təşkilatımızda bu sahəyə cavabdeh şöbə yaradılıb. Hazırda Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Rusiya və Belarus veteranlar təşkilatları ilə qarşılıqlı əlaqələrimiz xüsusilə genişdir. Bu təşkilatların tədbirlərinə daim dəvət alır, həmçinin onları öz tədbirlərimizə dəvət edirik. Qarşılıqlı fəaliyyətin nəticəsidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Ukraynanın faşizm işğalından azad olunmasında iştirak edən azərbaycanlı döyüşçülərə xatirə medalları təqdim olunub. Həmçinin Ukrayna Prezidentinin sərəncamı ilə 316 azərbaycanlı veteran döyüşçü medallarla təltif edilib.

Respublika Veteranlar Təşkilatının əməkdaşları faşizm üzərində Qələbənin 71 illiyinə həsr olunmuş “Qələbə və yaddaş” (“Память и Победа”) kitabının nəşrində fəal iştirak edib. Həmin kitab 9 May - Qələbə Günündə Prezident İlham Əliyevə təqdim olunub.

Bu ilin iyun və sentyabr aylarında Kiyevdə və Moskvada tədbirlərdə iştirak etmişik. Oktyabrda isə Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə nümayəndə heyəti Bakıya səfər edib. Sentyabrda Rusiya Federasiyası Silahlı Qüvvələri Veteranları Təşkilatının sədri, ordu generalı Viktor Yermakov Respublika Veteranlar Təşkilatında olub. O, ölkəmizdə yaradılan şəraitin, veteranlara göstərilən dövlət qayğısının bütün MDB ölkələri üçün nümunə olduğunu bildirib.

Hər il 9 May - Qələbə Günü ərəfəsində beynəlxalq “Qara Xaç” Cəmiyyəti üzvlərinin və Almaniyadan gələn qonaqların Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində İkinci Dünya müharibəsində əsir düşmüş və vəfat etmiş insanların dəfn edildikləri qəbiristanlıqlara ziyarətləri təşkil olunur.

Təşkilatımızın orqanı olan “Azərbaycan Veteranı” qəzeti tədbirlərimizi, eləcə də fəaliyyətimizi kifayət qədər geniş işıqlandırır. Bu sahədə ölkə KİV-lərinin dəstəyini də minnətdarlıqla qeyd etmək istərdim. Təşkilatın tarixi və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı ilə bağlı dərc edilmiş kitab da ictimaiyyətin məlumatlandırılması sahəsində mühüm rol oynayıb. Biz digər ölkələrin Bakıdakı daimi müxbir məntəqələrinin imkanlarından da təbliğat işlərində yararlanmağa çalışırıq.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aid olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır.

-Gələn il Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illiyi tamam olur. Yubiley münasibətilə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

-Əvvəla onu deyim ki, 30 il bundan əvvəl fəaliyyətə başlayan Respublika Veteranlar Təşkilatının ilk sədri bu yaxınlarda 95 illik yubileyini keçirdiyimiz general-mayor, sərhədçi Mustafa Nəsirov olub. Yubileylə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Plana əsasən, təşkilat və müəssisələrdə, xüsusilə təhsil ocaqlarında tədbirlər keçirilməsi, təşkilatın tarixinə aid kitabın nəşri, sənədli filmin çəkilməsi, həmçinin müxtəlif ölkələrin veteran təşkilatları ilə birgə tədbirlərin təşkili və digər işlər görüləcək.

Hazırda qarşımızda duran əsas vəzifələrdən biri təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək və səmərəsini artırmaq, ictimaiyyətin geniş təbəqələrini əhatə etmək üçün iş mexanizmlərini yeniləməkdir. Bir milyondan çox veteranı təmsil edən Respublika Veteranlar Təşkilatının fəaliyyəti daim yüksək səviyyədə olmalı, doğma Azərbaycanın inkişafına layiqli töhfə verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir