CƏMİYYƏT


Cəlil Xəlilov: beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq

Bakı, 17 oktyabr, AZƏRTAC

“Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin veteranlar təşkilatlarının rəhbərləri, Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun iştirak edir. Konfransda beynəlxalq təhlükələrə qarşı mübarizə mövzusu müzakirə olunur. Tədbirdə Azərbaycanın üzləşdiyi erməni faşizmi təhlükəsinə qarşı mübarizə yollarını müəyyənləşdirir, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri barədə məlumatlandırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun yaradılmasının 30 illiyinə həsr olunan “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib.

C.Xəlilov deyib ki, Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Biz bu tədbiri keçirməklə həm də beynəlxalq təşkilatları bu barədə məlumatlandırırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılmasına kömək etmələri üçün onların imkanlarından istifadə edirik. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməsinə kömək göstərilməsini istəyirik. Konfransın sonunda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.