CƏMİYYƏT


Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində xarici avtomobillərin diaqnostikası üzrə peşə təhsilli kadrlar hazırlanacaq

Bakı, 27 may, Rauf Hacıyev, AZƏRTAC

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində xarici avtomobillərin diaqnostikası üzrə peşə təhsilli kadrlar hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə layihə rəhbəri Eltəkin Ömərov məlumat verib.

Layihə rəhbəri bildirib ki, Cəlilabad respublikamızın cənubundan şimala gedən tranzit yolunun üzərində yerləşir. Hər gün müxtəlif istiqamətlər üzrə hərəkət edən xarici avtomobillər rayon üzərindəki yollardan keçirlər. Bununla belə, hazırda rayonda xarici avtomobillərin diaqnostikasını həyata keçirən hər hansı xidmət mərkəzi və peşə təhsilli kadr yoxdur. Nəinki Cəlilabadda, eyni zamanda, ətraf rayonlarda da analoji vəziyyətdir.

Eltəkin Ömərov qeyd edib ki, gələcəkdə Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində xarici avtomobillərin diaqnostikası üzrə peşə təhsilli kadrların hazırlanması ilə təkcə Cəlilabad deyil, həmçinin ətraf rayonlardakı minlərlə sürücünün də ehtiyacı həll olunacaq, gənclər isə bu ixtisasla özlərinə daha gəlirli iş tapmış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.