REGİONLAR


Cəlilabad həndbolçuları respublika finalına vəsiqə qazanıblar

Cəlilabad, 26 mart, İlkin Adıyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə həndbol üzrə Azərbaycan birinciliyinin daha bir zona yarışına yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarışa yerli həndbolçularla yanaşı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008-ci il və ondan sonra doğulan oğlanlardan ibarət komandaları qatılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Bu cür yarışların bölgələrdə həndbolun inkişafına təkan verəcəyini deyən təcrübəli mütəxəssis komandalara uğurlar arzulayıb.

Gərgin və maraqlı mübarizə nəticəsində Cəlilabad həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub.

Reqlamentə əsasən, Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.