REGİONLAR


“Cəlilabad” komandası voleybol üzrə Respublika turnirinin qalibi olub

Cəlilabad, 22 iyun, Bağır Əliyev, AZƏRTAC

Zuğulba Tədris İdman Bazasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinin proqramına daxil olan voleybol üzrə final yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda hər zonadan I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda qələbə uğrunda mübarizə aparıb. Respublika turnirində “Cəlilabad” komandası birinci, “Masallı” komandası ikinci, “Kürdəmir” komandası üçüncü yeri tutublar.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, onların asudə vaxtının səmərəli təşkil etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.