REGİONLAR


Cəlilabad polisi sürücü və sərnişinlərə tibbi maskalar paylayıb

Cəlilabad, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai və fərdi nəqliyyat vasitələrində tibbi maskalardan istifadə etməyən şəxslərlə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı Cəlilabad rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb və tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb.

Eyni zamanda, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə bir daha ciddi xəbərdarlıq edilib ki, bu hal yoluxma riskini xeyli artırır.

Tədbir zamanı, həmçinin fərdi minik avtomobillərinin sürücülərinə də tibbi maskalar paylanılıb və gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha onların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.