CƏMİYYƏT


Cəlilabad rayon sakinindən bir kiloqramdan çox heroin götürülüb

Bakı, 6 may, AZƏRTAC

Cəlilabad rayon sakinindən bir kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ü.Səlimzadə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 56 qramdan artıq heroin, Məmmədli qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.