CƏMİYYƏT


Cəlilabad rayonunda Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Cəlilabad rayon gənclər və idman idarəsinin və Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı gənclər birliyinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov tədbirdə çıxış edərək ölkəmizin müstəqillik dövründə qazandığı uğurlardan, Azərbaycanın iqtisadi-siyasi inkişafından, gənclər üçün görülən işlərdən, mövcud imkanlardan danışıb. Qeyd edib ki, hər bir sahədə olduğu kimi, gənclər və idman sahəsində də ölkəmizdə mühüm nailiyyətlər əldə edilib.

Digər çıxışlarda da müstəqilliyimizin qorunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. Bu gün Azərbaycanın ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək dünya birliyində layiqli yer tutduğu diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.