İDMAN


Cəlilabad rayonunda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Kunq-fu Federasiyası (AKFF) idmanın bu növünün regionlarda inkişafı üçün ardıcıl tədbirləri davam etdirir.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, görülən tədbirlər çərçivəsində Cəlilabad rayonunun Göytəpə şəhərində “Cənub” idman klubu fəaliyyətə başlayıb.

Açılış mərasimində federasiyanın rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bölgələrdə idman zalları açılır, yeniyetmə və gənc idmançıların yetişməsi üçün peşəkar məşqçilər dəvət olunur.

Məşqlərə respublika dərəcəli hakim, dünya çempionatının mükafatçısı, Azərbaycan çempionu Elvin Mustafayev rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.