REGİONLAR


Cəlilabad rayonunda üzüm yığımına başlanılıb

Cəlilabad, 12 avqust, AZƏRTAC

Cəlilabad rayonunda üzüm yığımına başlanıb. Bu il məhsul bol olsa da, qiymətlər bir qədər aşağıdır. Lakin hazırkı qiymətlər də fermerləri qane edir. Paytaxt bazarlarında məhsula tələbat çox olduğundan fermerlər bu il az miqdarda məhsulu xaricə çıxarıblar.

AZƏRTAC xəbər verir ki, Cəlilabadda son illərdə ən çox süfrə üzüm sortlarının becərilməsinə üstünlük verilir. Səbəb isə bu üzümlərə bazarlarda tələbatın çox olmasıdır.

Uzun müddətdir ki, bu sahə ilə məşğul olan Güloğlan Əliyev deyib: “Atika” və “Viktoriya” süfrə üzüm sortlarının becərilməsi daha sərfəlidir. Çünki bu sortlar Cəlilabad iqlimində daha tez yetişir və kifayət qədər də məhsuldardır”.

Məhsul əsasən paytaxt bazarlarında satışa çıxarılır. Qiymətlərə gəldikdə isə, növündən asılı olaraq bir kiloqram üzümün qiyməti 50 qəpiklə 1 manat arasında dəyişir. Bu da ötən illə müqayisədə 10-15 qəpik aşağıdır.

Orta hesabla bir hektarlıq sahədən 95 sentnerə yaxın məhsul əldə olunur. Rayonda mövcud olan 1400 hektardan çox üzüm sahəsində yığım prosesi sentyabrda yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.