REGİONLAR
Cəlilabad rayonunun prospekt və küçələri dezinfeksiya olunur
Cəlilabad, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhərinin küçə və prospektləri xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.
Koronavirusla mübarizə məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və məktəbəqədər təhsil ocaqlarında, əhalinin daha sıx yerləşdiyi ərazilərdə də vaxtaşırı dezinfeksiya işləri aparılır.