REGİONLAR


Cəlilabad sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb

Cəlilabad, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alar kənd sakini Elçin Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, E.Dadaşovun üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana və 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə rayonun Göytəpə şəhər sakinləri Emin Novruzov və Tural Xanışov da saxlanılıblar. Onlardan hazır bükümlərdə heroin və tiryək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.