REGİONLAR


Cəlilabad sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib

Bakı, 17 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin regionlarda vətəndaşlarla görüşü davam edir.

İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti “Səyyar qəbul otağı” Cəlilabad rayonunda qurulub. Aksiyaya rayonun Dələli, Kövüzbulaq, Edişə, Şatırlı, Mikayıllı, Zərbəli, Mirzəli, Lallar, Ləkin, Zəhmətoba, Musalı, Şükürlü, Kürdlər, Sadatlı kəndlərindən üz tutan sakinlər qaz təchizatı ilə bağlı problemlərdən söz açıblar.

Daxil olan müraciətlər əsasən qazlaşmayan kəndlərin mavi yanacaqla təmin olunması, qazlaşan kəndlərin isə genişlənən hissələrinə (yeni yaşayış massivlərinə) təbii qaz çəkilişi ilə bağlı olub.

Bundan əlavə, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciətlər ünvanlanıb.

Aksiyada iştirak edən 35-dək sakinin hər birinin müraciəti Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.