CƏMİYYƏT


Cəlilabad şəhər sakinindən iki kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 15 fevral, AZƏRTAC

Cəlilabad şəhər sakinindən iki kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Ü.Cavadov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Onun “Toyota” markalı avtomobilinə baxış zamanı 1 kiloqram 510 qram heroin və 460 qram metamfetamin götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.