REGİONLAR


Cəlilabadda 250 nəfərə ərzaq bağlamaları paylanılıb

Cəlilabad, 10 aprel, Bağır Əliyev, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Cəlilabad rayonu ərazisində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan vətəndaşlara, eləcə də aztəminatlı ailələrə, ümumilikdə, 250 ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.

Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.