REGİONLAR
Cəlilabadda 8 rayonun gənclərinin iştirakı ilə onlayn regional tədbir keçirilib
Cəlilabad, 28 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 28-də Cəlilabadda 8 rayonun gənclərinin iştirakı ilə “Azərbaycan gəncliyi hər zaman dövlətin və dövlətimizin başçısı İlham Əliyevin yanındadır” mövzusunda onlayn regional tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Neftçala Rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi Zamiq Əsgərov, tovuzlu müəllim Sərxan Mirzəyev mövzuyla bağlı çıxış ediblər.
Yüz iyirmi gəncin qatıldığı onlayn tədbirdə, həmçinin “Vətənin müdafiəsinə hazırıq!”, “Gənclər dövlətin və dövlət başçısının yanındadır”, “İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi”, “Gənclərin vətənpərvərlik tərbiyəsi” mövzularında çıxışlar olub.