REGİONLAR


Cəlilabadda Azərbaycan Gəncləri Günü qeyd olunub

Cəlilabad, 2 fevral, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət gənclər siyasətində də ciddi dönüşə səbəb oldu.

Qeyd olunub ki, gənclərlə işin sistemli şəkildə təşkil edilməsi, onların demokratik və hüquqi dövlət quruculuğuna cəlb olunması məqsədilə 1994-cü ilin iyul ayında Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də gənclərin I forumu keçirilib və fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. 1999-cu ilin iyul ayında isə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanıb. Bu proses İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra daha da dərinləşdi. Dövlətimizin başçısının 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərə dövlət qayğısının artırılması sahəsində mühüm addım oldu. Azərbaycanda 2007-ci ilin “Gənclər ili”, 2012-ci ilin isə “İdman ili” elan edilməsi gənclərin təşəbbüskarlığını və gələcəyə inamını daha da artırdı.

Çıxışlarda bildirilib ki, Azərbaycan gəncliyi 2011-2015 və 2017-2022-ci illərdə Dövlət proqramlarının təsdiq edilməsi dövlətin gənclərlə bağlı siyasətinin daha bir parlaq təzahürüdür. Son illər ölkəmizin qazandığı nailiyyətlərdə cəlilabadlı gənclərin də xüsusi payı var. Rayonda yaradılmış əlverişli şəraitdən bəhrələnən gənclər öz potensialını gerçəkləşdirmək üçün daha geniş imkanlar əldə edib, Cəlilabadın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal rol oynayırlar.

Toplantıda rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynovun 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib.

Sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub,

Ümumrayon tədbiri konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.