REGİONLAR


Cəlilabadda Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Cəlilabad, 22 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 22-də Cəlilabad Rayon Gənclər və İdman İdarəsində Azərbaycan milli mətbuatının yaranmasının 144-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən idarənin rəisi Elçin Hüseynov jurnalistləri əlamətdar gün münasibətilə təbrik edərək onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd olunub ki, 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatın inkişafı müstəqilliyimizin bərpasından sonra intibah dövrünü yaşayır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılıb.

Diqqətə çatdırılıb ki, “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatının inkişafı, ümummilli lider Heydər Əliyevin milli mətbuata, jurnalistikaya göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edənlər ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunması istiqamətində dövlət səviyyəsində görülən işlərin, həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək jurnalistlərə Milli Mətbuat günü münasibətilə təbriklərini çatdırıblar.

Sonda mətbuat işçilərinə mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.