REGİONLAR


Cəlilabadda Vətən müharibəsinin qazisi Qələbə sevinci ilə qarşılanıb

Cəlilabad, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC

Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək yaralanan daha bir qazi - Vüsal Rəsulov doğulduğu Cəlilabad rayonunun Alar kəndində qələbə sevinci ilə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarşılanma mərasimində iştirak edən rayon sakinləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində Vüsal Rəsulov kimi igidlərin qəhrəmanlıqlarından danışıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti, xalqın Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələndi.

Qeyd edək ki, Vüsal Rəsulov sentyabrın 29-da belindən və ayağından yaralanıb. O, müalicə aldıqdan sonra doğma evinə qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.