REGİONLAR
Cəlilabadda Vətən müharibəsinin qazisi böyük çoşqu ilə qarşılanıb
Cəlilabad, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Milli Ordumuzun hərbçiləri Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Milli Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilərimiz müalicə olunduqdan sonra doğulub boya-başa çatdığı yaşayış məntəqələrinə qayıdırlar. Onlardan biri Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Mehti Əliyevdir.
Vətən müharibəsində ağır yaralanmış M.Əliyev bir müddət xəstəxanada müalicə olunduqdan sonra müalicəsini ev şəraitində davam etdirir.
Rayon sakinləri, igid döyüşçünün yaxınları onu böyük sevinclə, coşqu ilə qarşılayıblar.