REGİONLAR


Cəlilabadda Vətən müharibəsinin şəhidi Taleh Əlizadənin xatirəsi anılıb

Cəlilabad, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Alar kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Taleh Əlizadənin xatirəsi anılıb. Mərasimdə rayon rəhbərliyi, şəhidin ailə üzvləri və doğmaları, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Taleh Əlizadənin göstərdiyi igidlik, şücaət və qəhrəmanlıqdan danışıblar.

Daha sonra mərasim iştirakçıları şəhid Taleh Əlizadənin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Taleh Zaur oğlu Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb, 2015–ci ildə isə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə döyüşlərə qatılan Taleh Əlizadə Füzuli istiqamətində yaralanıb. Səkkiz günlük müalicədən sonra, oktyabrın 12–də yenidən döyüşlərə qoşulub. Oktyabrın 18-də Cəbrayıl rayonu uğrunda döyüşlərdə şəhid olub. Oktyabrın 20-də yaşadığı kəndin qəbiristanlığında torpağa tapşırılıb.

“Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəsur döyüşçü ailəli idi, bir oğul övladı ondan yadigar qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.